2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qarabağda birgünlük əməliyyatdan bir ay sonra itkilər sorğulanır

BBC-yə danışan şərhçilərin bəziləri döyüşə cəlb olunanların “qeyri-peşəkarlığını” əsas gətirərək, “itkilərin çox” olduğunu desə də, digərləri keçirilmiş əməliyyatın arealını nəzərə alaraq, həlak olan hərbçi sayının çox olmadığını bildirirlər. Onlardan bəziləri isə deyir ki, uzaqvuran silahlardan istifadə edildiyi üçün “itkiləri minimuma endirmək onsuz da mümkün olmazdı”.

Milli Məclisin deputatı Zahid Oruc hesab edir ki, birgünlük əməliyyat 44 günlük müharibənin davamıdır və bu “əməliyyat qeyri-peşəkardır deyə bu qlobal nəticəyə damğa vurmaq, ona kölgə salmaq, üzərindən xətt çəkmək deməkdir, bağışlanmazdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan bir günlük döyüşdə verdiyi itkilərin sayını ”antiterror tədbirləri”ndən bir neçə gün sonra -  İkinci Qarabağ müharibəsinin anım günündə açıqlayıb.

Əslən Ağdamdan olan, Mingəçevirdə məskunlaşmış, Birinci Qarabağ müharibəsi veteranı olduğunu bildirən İlqar Səfərov yerli Abzas Mediaya deyib ki, ailənin son beşiyi olan oğlu Gökhanı Mingəçevir Turizm Kollecindəki təhsilini yarımçıq saxladaraq, hərbi xidmətə aparıblar.

“18 yaşlı uşağın hansı taktikası ola bilərdi ki, onu erməninin 40-50 ildir qurduğu qruplaşmanın qabağına buraxıblar?!”, – övladı birgünlük döyüşlərdə həlak olmuş ata sual edir.

Hərbi məsələlər üzrə şərhçi Cəsur Sümərinli birgünlük əməliyyatda həlak olan hərbi qulluqçuların sayının çox olduğunu deyir və bunu döyüşlərə cəlb edilən əsgərlərin hərbi xidmət təcrübələrinin az olması ilə əlaqələndirir.

Onun sözlərinə görə, “antiterror tədbirləri”ndə həlak olan hərbi qulluqçuların “təxminən 25-30 faizi hərbi xidmətə çağırıldıqdan bir neçə ay sonra” döyüşə cəlb olunan əsgərlərdir.

Bununla belə, Cəsur Sümərinli çoxsaylı itkilərin səbəblərindən biri kimi əməliyyat aparılan ərazilərin “strateji xüsusiyyətlərini” göstərsə də, bu amilin də itki sayının “bu qədər çox olmasına əsas vermədiyini” diqqətə çatdırır.

“Siyahıya baxsaq, görərik ki, şəhidlərin 30 faizi, yəni, təxminən 60 nəfərə yaxını 18-20 yaşlı əsgərlərdir və çətin bölgədə hərbi əməliyyatlar aparmaq üçün ciddi bir təcrübəyə malik olmayıblar. Bu da məhz təlimin zəifliyindən, hərbi əməliyyatlar aparılması baxımından biliklərin zəifliyindən hansısa formada əsgər ölümlərinə gətirib çıxara bilən amil hesab oluna bilər”, – şərhçi BBC News Azərbaycancaya bildirib.

O hesab edir ki, Azərbaycanın peşəkar hərbi qulluqçu göndərməyə imkanları olub.

Komandolar var, müddətdən artıq hərbi xidmət qulluqçuları var, XTQ (Xüsusi Təyinatlı Qüvvələr- red.) var, onları cəlb edə bilərdi. Onları cəlb ediblər, lakin hiss olunur ki, kifayət qədər təcrübəsiz hərbçiləri də cəlb ediblər”.

Bir günlük döyüşlə 2020-ci il İkinci Qarabağ müharibəsini qarşılaşdıran Cəsur Sümərinli deyir ki, “o vaxt da təcrübəsiz əsgərləri aparmışdılar döyüşə”, yeganə fərq, onun fikrincə, “birgünlük döyüşlərdə ehtiyatdan çağrılanların olmaması”dır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “antiterror tədbirləri”ndə gənc əsgərlərin əməliyyatlara cəlb edilməsi fikri ilə razılaşmadığını bildirir.

“Həmin gənclər həmin forpostda əməliyyatın ağırlığını üzərlərinə götürməyiblər. Bizim komandolar və bir qisim də xüsusi təyinatlılar əməliyyatın önündə olublar. Lakin ərazi o qədər böyük, coğrafiya o qədər mürəkkəb və çətindir ki, həmin alınmış ərazilərdə o qeyd etdiyiniz yeni çağırışçılardan olan hərbi hissələr orda yerləşiblər”, – deputat bildirib.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button