2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qarabağın “prezidenti” “DQR”in buraxılması haqqında fərmanını ləğv edib?

Bakı/22.12.23/Turan: “Dağlıq Qarabağ Respublikası”nın buraxılması haqqında fərman artıq yoxdur. Bu barədə dekabrın 22-də “prezidentin” müşaviri Vladimir Qriqoryan “Azadlıq Radiosu”nun Ermənistan xidmətinə bildirib.

Onun sözlərinə görə, buna əsas “prezidentin” 19 oktyabr tarixli, bütün “hökumət, parlament üzvlərinin, Təhlükəsizlik Şurası katibinin, hüquq-mühafizə orqanlarının, Stepanakert merinin və inzibati rayon başçılarının ictimai əsaslarla öz vəzifələrində qalması” haqqında fərmanıdır.

Şahramanyanın fərmanında həmçinin deyilir ki, 1 oktyabr 2023-cü il tarixindən sonra “DQR”in adından verilən sənədlər etibarlıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Qriqoryanın sözlərinə görə, “cənab Şahramanyanın sentyabrın 28-də imzaladığı fərmanı ləğv etdiyini hesab etmək olar. Yəni hökumət və bütün digər orqanlar 2024-cü ildən sonra öz fəaliyyətini davam etdirəcək”.

“Bu, Samvel Şahramanyanın DQR-in buraxılması haqqında 28 sentyabr tarixli fərmanının ləğvi haqqında yeni fərman imzalamayacağı deməkdir?” Bu suala cavabda Qriqoryan deyib ki, DQR-in buraxılması haqqında qərar “qanunsuz” idi və o, 2024-cü ildən sonra da mövcud olacaq.

“28 sentyabr fərmanı artıq yoxdur”, deyə o bildirib.

Rəsmi Yerevan hələlik bu bəyanatlarla bağlı şərh verməyib. Bakı da münasibət bildirməyib, lakin bu addımın Bakı və Yerevan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına olan ümidləri puça çıxara bilər.

“Bunun kimə sərf etməsi” prinsipinə əsaslansaq, bu addımların arxasında Moskvanın dayandığını təxmin etmək olar. Son günlər Bakı və Yerevan vasitəçilərin, yəni Moskvanın iştirakı olmadan sülh müqaviləsi bağlana biləcəyini bəyan edirdilər.

Sülh müqaviləsinin pozulması o demək olacaq ki, Bakı və Yerevan təkcə öz aralarında razılaşmalı deyil, həm də kömək üçün Rusiyaya müraciət etməlidirlər.

Xatırladaq ki, 2023-cü ilin sonuna qədər “DQR”in və onun bütün strukturlarının buraxılması Şahramanyanın məsuliyyətdən azad edilməsinin və Qarabağı sərbəst şəkildə tərk etməsinin şərtlərindən biri idi. 0

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button