2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Qarabağ”ın tarixi nailiyyəti

Portuqaliyanın “Braqa” klubunun ev oyununda məğlub olmasına baxmayaraq, “Qarabağ” futbol klubu iki oyunun nəticələrinə görə 6:5 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Avropa Liqasının 1/8 finalına yüksəlib.

Bakı matçının ilk hissəsi “Qarabağ”ın üstünlüyü ilə keçsə də, hesab açılmayıb.

İkinci hissənin əvvəlində mübahisəli epizodlarda bolqarıstanlı hakim “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevə iki dəfə sarı vərəqə göstərərək, 57-ci dəqiqədə onu  meydandan çıxarıb.

Saytların yığılması Saytlarin yigilmasi

Say üstünlüyündən istifadə edən “Braqa” “Qarabağ”a iki qol vura bilib.

İlk oyunda “Qarabağ” səfərdə 4:2 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabərləşib.

Qalibi müəyyən etmək üçün əlavə vaxt təyin edilib.

102-ci dəqiqədə cərimə zərbəsindən sonra Mateuş Silva ümumi hesabda “Qarabağ”ı yenidən önə çıxarıb.

Lakin 115-ci dəqiqədə qonaqlar penaltidən hesabda tarazlığı bərpa ediblər.

Matçın kulminasiya nöqtəsi 120+2-ci dəqiqədə baş verib. Meydançanın mərkəzində qonaqlar MarkoYankoviçi yıxıblar. “Qarabağ” cərimə zərbəsini cəlb  yerinə yetirib və hücumçu Nəriman Axundzadə topu məharətlə qapıdan keçirib.

Beləliklə, bu dramatik qarşılaşma “Qarabağ”ın xeyrinə başa çatıb.

İki görüşün nəticəsinə əsasən, 6:5 hesabı ilə qalib gələn “Qarabağ” tarixində ilk dəfə Avropa Liqasının 1/8 finalına yüksəlib.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button