2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qarışıqlıqda doğruları qışqırmaq

Səadət Cahangir
Türkiyə mənə ana vətən qədər doğma ölkədir.

 

Düşüncələrimdə, qəlbimdə, ruhumda hər zaman yalandan, riyadan, bəzəkdən, boyadan uzaq bir Türkiyə sevgisi var. Bağırmaqla, gözə soxmaqla, hər süfrədə anlatmaqla anladılan bir duyğu deyil bu. O torpaqlara heyranlıqdır, sevdadır, vurğunluqdur bu. Damardan, qandan, kökdən gələn bir şeydir. Təmənnasız, qarşılıqsız, gözəl və saf bir bağlılıqdır bu. Bu ölkədə baş verən bütün önəmli hadisələri həyatımın bir parçası kimi yaşamağımın səbəbləri da həmin sevgiylə bağlıdır. Bilirəm ki, çevrəmdə hər iki ölkəni eyni doğmalıq və yaxınlıqda qəbul edən böyük çoxluq var. Bəzən baş verən qarmaqarışıqlıqda fikirlərimiz toqquşsa da, mübahisələrimiz təpəyə dırmansa da, bunlar hamısı o doğma ölkə üçün narahatlığımızdan, çırpıntılarımızdan irəli gəlir. Son bir ildə gözəlim Türkiyədə nələr baş vermədi! Başına gəlməyən hansı oyun, hansı fəlakət, hansı dərd qaldı ki? Hansı bəlaların içinə sürükləndi siyasi oyunların içində! Türkiyə bunları haqq edəcək ölkə deyil axı. Tarixlərə tarix yazmış ölkədir. Yüz illərdən haqqını al qanıyla almış ölkədir. Övladlarını torpaq üçün “uf” demədən fəda etmiş ölkədir. Indi kənardan baxırsan, için qan ağlayır. Deyəcək çox şey var, amma kimsə səni eşitməyəcək, onsuz da. Çünki artıq o gözəl ölkənin halı hal deyil. Ağız deyəni qulaq eşitmir. Eşidən də yanlış eşidir, öz ağlındakına uyduraraq eşitmək istəyir hər şeyi. Sən susarsan, susmağına. Amma gerçək ki, dəyişməyəcək. Nə yazıq çox acı gerçəkdir o dəyişməyən. Ölkəni ağladan, əzən, yıxan gerçəkdir. Ayaq saxlanacaq, qulaq veriləcək, ibrət alınacaq gerçəkdir. Sultan Süleymanın ötən yazıların birində örnək verdiyim bu tarixi məktubdan ibrət aldığı kimi…
Topqapı Sarayında ÿməşhur Türk sultanı Qanuni Sultan Süleymanın zəmanəsinin nüfuzlu alimi Yəhya Əfəndiylə yazışmasını əks etdirən bir məktub saxlanır. Deyildiyinə görə, Sultan Süleyman günün birində dövlətin halının nə olacağını düşünərək süd qardaşı, şair və alim Yəhya Əfəndiyə belə bir məktub yazır: “Sən ilahi sirlərə vaqif bir insansan. Kərəm eylə də, bizi işıqlandır. Bir dövlət hansı halda çökər?..”
Yəhya Əfəndidən bir cümləlik cavab gəlir: “Nəyimə lazım be, Sultanım!? Cavabı heyrətlə oxuyan Sultan bu qısa cümləyə bir məna verə bilməz, dözməyib Yəhya Əfəndinin dərgahına gedər. ”Bu cavabdan bir şey anlamadım. Yalnız “nəmə lazım be Sultanım! demisən. Sanki ”məni belə işlərə qarışdırma” kimi bir məna çıxarıram”- deyir Sultan Süleyman.
Yəhya Əfəndi cavab verir: “Sultanım! Bir dövlətdə zülm yayılsa, haqsızlıq artsa, eşidənlər də ”nəyimə lazım” deyib uzaqlaşsa, sonra qoyunları qurdlar deyil, çobanlar yesə, bilənlər bunu söyləməyib sussa. Kasıbların, möhtacların, yoxsulların, kimsəsizlərin fəryadı göylərə çıxsa da, bunu daşlardan başqası eşitməsə, bax, o zaman dövlətin sonu görünər. Bundan sonra dövlət xəzinəsi boşalar, xalqın etimadı və hörməti sarsılar. Asayişə itaət hissi gedər, xalqda hörmət duyğusu yox olar. Çöküş və iflas da beləcə, qaçılmaz hala gələr?”
Əslində, son hadisələr haqqında çox şeylər yazmaq istəyirdim. Ölkənin nədən bu hala gəldiyi, başda oturanların nədən hesab vermədiyi, ölən, yaralanan, həbs olunan minlərlə insanın qanının kimin üstündə qaldığı ilə bağlı çox suallarım vardı. Amma onları yazmaqdan vaz keçdim. Onsuz da oralarda çox qarışıqlıqdır, elə buralarda da, kimdi mənim səsimə qulaq verən…

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button