Loading...
Loading...
SEÇMƏ

Qazaxıstanda: Yanvar hadisələrində 238 nəfər həlak olub

Yayımlandı: 18 Avqust 2022 12:09

176 nəfərin ölümü ilə bağlı araşdırma aparılır

Qazaxıstanın Baş Prokurorluğu ilk dəfə olaraq 2022-ci ilin yanvar hadisələri zamanı həlak olanların rəsmi siyahısını yayıb.

Baş Prokurorluğun məlumatına görə, iğtişaşlar zamanı günahsız insanlar da daxil olmaqla 238 nəfər həlak olub.

Məlumatda 176 nəfərin ölümü ilə bağlı araşdırmaların davam etdirildiyi qeyd olunub:

“Onların arasında Almatı şəhəri, Almatı, Cambil və Qızılorda vilayətlərində həlak olan 19 hüquq-mühafizə orqanı əməkdaşı da var. Almatı, Qızılorda, Taraz, Şımkent və Atırau şəhərlərində akimat, polis, prezident iqamətgahı, teleqüllə, mağaza və digər obyektlərin binalarına silahlı hücumlar zamanı 92 nəfər həlak olub”.

2022-ci ilin yanvarında Qazaxıstanda qazın bahalaşmasına etirazlar başlamışdı.

Hadisələr zamanı 200-dən çox insanın həlak olduğu deyilirdi.

Hadisələr zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvar hadisələrində 20 min terrorçunun iştirak etdiyini bildirmişdi. Etirazları yatırtmaq üçün Prezident Kasım-Jomart Tokayev KTMT ölkələrinin silahlı qüvvələrini dəvət etdi. Yanvarın 13-də KTMT ölkələrinin silahlı qüvvələri Qazaxıstanı tərk etdi.

Hadisələrin nəticəsində keçmiş prezident N.Nazarbayev Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən uzaqlaşdırıldı və birinci prezidentin bir çox qohumu rəhbər vəzifələrdən məhrum edildi. İyunun 5-də keçirilən referendumda isə Nursultan Nazarbayev əksər imtiyazlardan, o cümlədən “elbaşı” və ya “millət lideri” statusundan məhrum edildi.

Meydan TV

Gözdən qaçırmayın:  “Qarabağ” pley-off mərhələsində ilk oyununu keçirdi

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button