2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının nümayəndələri Liviya rəsmiləri ilə görüşüblər

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) nümayəndələri Liviya Dövlətinin gənclər naziri Fəthullah Əbdül Lətif Əl-Zəni və Liviya Dövlətinin Azərbaycandakı səfiri Ali Salem Naserlə görüşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Qoşulmama Hərəkatının Gənclər Təşkilatından “Report”a bildirilib ki, qonaqlar QHGT-nin iyulun 5-6-da Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosunun nazirlər iclası çərçivəsində açılış mərasimi baş tutmuş mənzil qərargahı ilə tanış olublar. Qərargah və onun daxilində təsis olunmuş tədqiqat mərkəzi ilə tanışlığın ardınca, QHGT-nin sədri Orduxan Qəhrəmanzadə qonaqlara QHGT-nin missiyası, strukturu və dəyərləri ilə bağlı ətraflı məlumat verib. Tərəflər ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və Liviya gənclərinin QHGT-nin irəli sürdüyü layihələrdə iştirakının genişləndirilməsi istiqamətində danışıqlar aparıblar.

Fəthullah Əbdül Lətif Əl-Zəni QHGT-nin yaratdığı mədəniyyətlərarası platformanın QH gəncləri üçün vacibliyini vurğulayaraq, QHGT-nin regionda uğurlu fəaliyyəti ilə bağlı məmnuniyyətini ifadə edib.

Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2019-cu il 25-26 oktyabr tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qərarı əsasında formalaşıb. 2021-ci il oktyabrın 4-də virtual təsis iclası keçirilən Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi keçən il iyulun 29-da Şuşa Sazişi ilə təşkilata çevrilib.

Azərbaycanın sədrliyi dövründə irəli sürdüyü mühüm təşəbbüslərdən biri olan QHGT hazırda QH gənclərinin inkişafına təkan verən platforma olaraq geniş spektrli fəaliyyətlər icra etməkdədir.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button