2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qubad İbadoğlu hələ də keyfiyyətli tibbi yardımdan məhrumdur

Bakı/03.01.24/Turan: 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Demorkatiya və Rifah Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu hələ də səmərəli tibbi yardım almır. Bu barədə Turan-a yanvarın 2-də İstintaq Təcridxanasında İbadoğluna baş çəkən qardaşı Qalib Bayramov bildirib.

“Ünsiyyətimiz şüşə arakəsmə arxasından oldu. Qardaşımın səhhətində heç bir yaxşılaşma yoxdur. Ötən ayın sonunda Nərimanov Rayon Məhkəməsi, daha sonra həm də Apellyasiya Məhkəməsi Qubadın Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi haqqında vəsatətləri təmin etməyib.

Onun səhhəti ilə əlaqədar ev dustaqlığına keçirilməsi haqqında vəsatət də təmin edilməyib”, deyə Bayramov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Dünyanın müxtəlif ölkələrindən iqtisadçılar və alimlər İbadoğluna Yeni İl münasibətilə təbriklərini göndərirlər və prezident İlham Əliyevə İbadoğlunu azad etmək çağırışı ilə müraciət edirlər.

 Xatırladaq ki, bu il iyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu 3 ay 26 gün müddətinə həbs edib.

O, saxta pulların satışında (Azərbaycan CM-in 204.3.1-ci maddəsi) və 167-3.1-ci (ekstremist materialların saxlanması və yayılması) maddə ilə ittiham olunub.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunu azad etməyə çağırıblar. 16D06

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button