Olay

Qusardan Bakıya gətirilən xəstə uşaq yolda dünyasını dəyişib

Qusar rayonunda uşaq ölümü qeydə alınıb.

Rayonun Şirvanovka kənd sakini, 2014-cü il təvəllüdlü, Fəttahov Rahid Ravid oğlu Qusar Rayon Mərkəzi Xəstəxanasının göndərişinə əsasən Bakı şəhərində olan xəstəxanaların birinə gətirilən zaman yolda, Siyəzən rayonu ərazisində ölüb.
Mərhumun yaxınlarının dediyinə görə, Qusarda həkimlər azyaşlının xəstəliyinin dəqiq diaqnoz qoya bilməyiblər. Yeni il bayramı ilə əlaqədar bəzi həkimlərin iş yerində olmaması uşağın vəziyyətinin ağırlaşmasına səbəb olub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da baxın
Close
Back to top button
Close
Close