2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rəsmi Berlin Bakı ilə Yerevanın dialoqunu cəsarətli addım sayır

“İnanırıq ki, ağrılı münaqişədən sonra davamlı sülhə nail olmaq imkanı var”

Almaniya hökumətinin təklifi ilə Berlində Azərbaycan və Ermənistan arasında sülh danışıqları bu gün, fevralın 29-da davam etdiriləcək.

Almaniyanın xarici işlər naziri Annalena Berbok (Annalena Baerbock) Ermənistandan Ararat Mirzoyan və Azərbaycandan olan həmkarları Ceyhun Bayramovu iki günlük görüş üçün qəbul edib.

Saytların yığılması Saytlarin yigilmasi

Tərəflər fevralın ortalarında Münhen Təhlükəsizlik Konfransı zamanı danışıqlar aparmaq barədə razılığa gəliblər.

Fevralın 28-də Ararat Mirzoyan və Ceyhun Bayramov arasında ikitərəfli görüş də olub.

Annalena Berbok Bakı ilə Yerevan arasında birbaşa dialoqu alqışlayıb.

“Biz inanırıq ki, Ermənistan və Azərbaycanın indi uzun illər davam edən ağrılı münaqişədən sonra davamlı sülhə nail olmaq imkanı var. İndi gördüyümüz hər iki ölkənin keçmişi arxada qoyması və xalqları üçün davamlı sülhün əldə edilməsi istiqamətində cəsarətli addımlarıdır”, – Annalena Berbok deyib.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan “X” platformasında yazıb ki, müzakirələr planlaşdırıldığı kimi fevralın 29-da davam etdiriləcək.

Fevralın 28-də Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev deyib ki, onun ölkəsinin Ermənistana hücum etmək planı yoxdur.

“Borrel (Aİ Xarici İşlər və Təhlüksizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borell) bildirib ki, Azərbaycan Ermənistana hücum etsə, bunun ağır nəticələri olacaq. Əvvəla, Borrell Azərbaycanın Ermənistana hücum etməyi planlaşdırdığı barədə məlumatı haradan alıb? Bizim belə bir planımız yoxdur. Bunlar cənab Makronun eyhamlarıdır”, – İlham Əliyev deyib.

Fevralın ortalarından başlayaraq Azərbaycan və Ermənistan yenidən bir-birini sərhəddə atəş açmaqda ittiham edib.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button