2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rəsmi Moskva: Kommunikasiyaların açılması Ermənistana görə dalana dirənib 

“Kommunikasiyaların açılması erməni həmkarlarımızın mövqeyi ucbatından dalana dirənib”

Toplum Tv xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova fevralın 28-də keçirdiyi gündəlik brifinqdə bildirib. 

Onun sözlərinə görə, Ermənistan hökuməti suverenlik prinsipləri əsasında regional kommunikasiyaları açmağa hazır olduğunu deyib, mövzu baş nazirin müavinləri səviyyəsində üçtərəfli qrup çərçivəsində ətraflı müzakirə edilib.

Saytların yığılması Saytlarin yigilmasi

“İndi çox təəssüf ki, erməni həmkarlarımızın mövqeyi ucbatından iş dalana dirənib”, – deyə o bildirib. 

XİN rəsmisi Ermənistanın təklif etdiyi “Sülh Yolayrıcı” layihəsinin Mehri və ya digər marşruta alternativ olmadığını bilirib. Zaxarovanın sözlərinə görə, “Sülh Yolayrıcı” sadəcə regional kommunikasiyaların gələcəyinə daha geniş baxışdır.

Sözçü həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın bir müddət əvvəl səsləndirdiyi “Rusiya Ermənistanda dövlət çevrilişi ilə bağlı çağırışlar edir” iddiasına da cavab verib. 

“Bu deyilənlərin heç bir əsası yoxdur. Rusiya rəsmiləri heç vaxt heç bir yerdə qanuni yolla seçilmiş hakimiyyəti devirməyə nəinki çağırış, eyham belə etməyiblər”, – Zaxarova deyib və əlavə edib ki, Ermənistanın dövlət xadimləri tez-tez Rusiyanın əleyhinə qeyri-dost fikirlər səsləndirirlər. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button