2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ramiz Mehdiyev onu tənqid edənlərin hamısına birdən cavab verib

Bakı/11.02.22 Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, bundan öncə uzun illər Prezident Administrasiyasının rəhbəri postunu tutmuş Ramiz Mehdiyev uzun sükutdan sonra onun istefasını tələb edən alimlərə sərt cavab verib. Mehdiyevin “səbr kasasının son damlası”nı daşdıran akademiyanın müxbir üzvü, Riyaziyyat və Mexanika Elmi-Tədqiqat İnstitutunun direktoru, keçmiş təhsil naziri Misir Mərdanovun açıq çıxışı olub.  O, Mehdiyevi AMEA-nın elmi kollektivi üçün dözülməz şərait yaratmaqda ittiham edib.

Mətn kapitalist dünyasında düşmənlərə qarşı sovet təbliğat məqalələri ruhundadır. Orada çoxlu əsassız ittihamlar yer alır: Mehdiyevi tənqid edən alimlər AMEA prezidentinə qarşı yalan kampaniyasının icraçıları adlandırılır, onların məqsədi isə xalqı aktual problemlərdən yayındırmaqdır. Azərbaycanın qarşısında duran problemlər isə göstərilmir.

Mehdiyev onu tənqid edənləri “avtobus və ya cib müxalifəti” adlandırır, tənqidçi deputatlar Etibar Əliyev və Fəzail Ağamalını isə “saxta deputatlar” adlandıraraq Milli Məclisə keçirilən son seçkilərin qanuniliyini şübhə altına alır.

Saytların yığılması Saytlarin yigilmasi

Mehdiyev Azərbaycanda rusdilli məktəblərin sayının artırılması və dövlət maliyyələşdirilməsinin arxasında şəxsən durması barədə ittihamları rədd edir, üstəlik onları “rus məktəbləri” adlandırır (“fəlsəfə akademiki” üçün bağışlanmazdır). Sonrakı mətndə bu səhv düzəldilib). Mehdiyev rusdilli təhsili tənqid edənlərə xatırladır ki, Azərbaycan rəhbərlərinin övladları rus dilində oxuyublar, ancaq bu o demək deyil ki, onlar millətə xəyanət ediblər. Ömrünün çox hissəsini kommunist Azərbaycanına rəhbərlikdə keçirmiş Mehdiyev rus dilində təhsilin əleyhdarlarına qarşı qınaqlarını davam etdirərək, onları “daxilən azad olmayan” adlandırır.

Akademiyanın özündəki tənqidçilərə qayıdaraq Mehdiyev onları məkrli, “dünən akademik Mehdiyevin kitabını hədiyyə almaq üçün növbəyə duran” ikiüzlülər, yaltaqlar adlandırır. O, Mehdiyevin ünvanına sonsuz yaltaqlıq nümunəsi kimi deputat Musa Qasımlının adını çəkir.

Ayrı-ayrı abzaslarda keçmiş ictimai çıxışları və bioqrafik ekskursiyalar göstərilməklə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun keçmiş direktor müavini Nəcəf Museyibli, AMEA Yüksək Texnologiyalar Parkının rəhbəri Vaqif Abbasov, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov tənqidlərə məruz qalıb.

AMEA-nın saytında dərc olunan mətn nəticə ilə yekunlaşır. Müəllif hesab edir ki, onun əleyhdarları Mehdiyevin 2019-cu ildə AMEA-da başladığı və şəffaflıq şəraitində aparılan təmizləməyə qarşıdırlar. Aparılan yoxlamalar zamanı Akademiyada tanınmış şəxslərin milyonlarla dollar mənimsəmələri üzə çıxıb.

Lakin AMEA-da həbslər olmayıb. Mətndə bu, Elmlər Akademiyası prezidentinin xeyirxahlığı ilə izah olunur. O, əlayhdarlarına xəbərdarlıq edir ki, ona qarşı kampaniyanı davam etdirsələr,  Mehdiyev “AMEA-da dəhşətli vəziyyətin” yaranmasında günahkar olanların adlarını açıqlayacaq.

Mətn Mehdiyevin Elmlər Akademiyasında ölkə prezidentinin tapşırıqlarının icrası ilə məşğul olması, AMEA-da “dövlətçiliyi” müdafiə etməsi ilə yekunlaşır. Anonim cavabda Azərbaycan elminin maraqlarının qorunmasından bəhs edilmir.

AMEA-nın saytında dərc olunan geniş mətnin altında Mehdiyevin imzası yoxdur. Bununla belə, müəllifin Ramiz Mehdiyev olduğuna şübhə yoxdur.0—

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button