2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Ramiz Mehdiyev REFERENDUMLA yola salınır – İLK HƏDƏF

Konstitusiyaya dəyişikliklər Ramiz Mehdiyevi vurmaq üçündür?

Konstitusiyaya dəyişikliklər layihəsi hakimiyyət dəhlizlərində ciddi müzakirələrə səbəb olub. İqtidardakı bəzi qruplaşmalar üçün hələ də bu qəfil layihənin hansı məqsədlə hazırlandığı aydın deyil. Layihə barədə məlumat yayılandan sonra hakimiyyət nümayəndələrinin verdiyi açıqlamalar da komanda daxilində çaşqınlığın olduğunu göstərirdi. Məsələn, deputat Eldar İbrahimov bir tərəfdən dəyişiklikləri müsbət qiymətləndirdiyini deyir, digər tərəfdən eks prezident Heydər Əliyevin prezidenlik müddətinin 7 il olmasının əleyhinə çıxdığını xatırlatmaqla dəyişikliklərə xəfif şəkildə etiraz edirdi. Deputat Qüdrət Həsənquliyev isə vitse-prezident təyin olunacaq şəxsin adının indidən açıqlanmalı olduğunu bildirirdi.

24saat.org-a daxil olan məlumata görə, hökumətyönlü şəxslərin layihəyə ikibaşlı münasibəti təsadüfi deyil. İqtidar daxilində belə qənaət var ki, layihə hansısa qruplaşmanı, yaxud onun liderini sıradan çıxarmağa hesablanıb. Xüsusilə, vitse-prezidentlik institutu komanda daxilində bir kabus hesab edilir. Bu vəzifəyə təyin olunacaq şəxs hakimiyyətdə ikincilik statusu əldə etmiş olacaq. Həmin şəxsin kimliyi qruplaşmalar üçün ona görə önəmlidir ki, indidən ehtimal olunan plan barədə müəyyən təsəvvürləri olsun. Lakin İlham Əliyevin bu şəxsin adını bəribaşdan açıqlamayacağı şübhəsizdir. Çünki bu halda ehtimal olunan planın reallaşdırılması müşkülə çevrilə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Kluarlarda gəzən söz-söhbətlərə görə isə layihə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi sıradan çıxarmaq üçün düşünülüb. Hazırda hakimiyyət komandasında faktiki olaraq ikinci şəxs Ramiz Mehdiyevdir. Hakimiyyətin siyasi qanadına rəhbərlik edən PA rəhbəri təsir imkanlarından, siyasi bilik və bacarığından yararlanaraq bəzən özünü əsas söz sahibi kimi aparır. Bu isə komanda daxilində heç də həmişə xoş qarşılanmır. Xüsusilə hakimiyyətdə ikinci soyadın Ramiz Mehdiyevin pərdəarxası liderliyindən xoşlanmır. Bu baxımdan vaxtaşırı Ramiz Mehdiyevlə Paşayevlər arasında toqquşmalar baş verir. Hər halda, yerli mediada bu barədə məlumatlarla zəngindir. Hətta məşhur “mandat qalmaqalı”nın da Ramiz Mehdiyevi sıradan çıxarmaq üçün ictimailəşdirildiyi iddia edilir.

Bizə aydın deyil ki, konstitusiyaya dəyişikliklərlə Ramiz Mehdiyev necə sıradan çıxarılacaq? Lakin ehtimal etmək olar ki, vitse-prezidentlik institutu yaradılandan sonra administrasiya postu ləğv oluna bilər. Bəzi ölkələrdə vitse-prezidentlərin administrasiyaya rəhbərlik etdiyini nəzərə alsaq, prezidentin belə qərar verəcəyi gözləniləndir.

Yaxud da Ramiz Mehdiyev vitse-prezidentin nəzarəti altında fəaliyyət göstərə bilər.

Belə versiya da var ki, vitse-prezident postuna elə Ramiz Mehdiyevin özü təyin oluna bilər. Amma bu versiya ağlabatan deyil. Çünki bu təyinat komanda daxilində ziddiyyətləri pik həddə çatdıra və hakimiyyətdə dərin böhrana səbəb ola bilər. Ramiz Mehdiyevin rəsmən ölkənin ikinci şəxsi olmasını rəqib qurplaşmalar həzm etməz.
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button