2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ramiz Mehdiyevin vəzifəsi ləğv olunur?

Bu gün, aprelin 25-də Milli Məclis “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edib. Dəyişikliklər ali inzibati və yardımçı vəzifələrin yeni dairəsini müəyyən edir.

Yeniliklər birinci vitse-prezidentin fəaliyyətini təmin edən strukturların, vəzifəli şəxslərin dairəsinin və digər məsələlərin müəyyən edilməsi ilə bağlıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Parlament qanuna edilən dəyişikliklərin mətnini öz saytında açıqlayıb.

Dəyişikliklər idarəetmədə yeni strukturların, inzibati və yardımçı vəzifələrin yaradılmasını nəzərdə tutur.

Qanunun 11-ci maddəsinə dəyişiklik edilir. 11-ci maddə dövlət qulluğundakı inzibati və yardımçı vəzifələrin təsnifatı ilə bağlıdır.

Dəyişiklik edilən 11.1.1.1-ci maddədə ali inzibati vəzifələr sadalanır. Yeni variantda “Prezident Administrasiyasının rəhbərinin vəzifəsi” sözləri əvəzinə “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi” sözləri yazılıb.

Bundan başqa, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi ali inzibati vəzifələr sırasına daxil edilir.

“Dövlət qulluğu haqqında” qanunun 11.1.2.1-ci maddəsi də oxşar məzmunda dəyişdirilir. Həmin maddədə birinci təsnifata aid inzibati vəzifələr sadalanır. Ora da eyni qaydada Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi vəzifəsidaxil edilir.

Bundan başqa, “Dövlət qulluğu haqqında” qanunun 11.1.3.1-ci və 11.1.4.1-ci maddələrinə də dəyişiklik edilib. Həmin maddələrdən “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası” sözləri çıxarılır. Yeni variantda “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqan” ifadəsi əlavə edilir.

Deputat Zahid Oruc “Qafqazinfo”ya açıqlama verərək, məsələyə aydınlıq gətirib. O, bildirib ki, qanuna dəyişikliyin Prezident Administrasiyasının ləğv olunması kimi təqdim edilməsi yanlışdır: “Bildiyiniz kimi, 26 sentyabrda ölkədə referendum keçirildi və dövlət idarə etməsində vitse prezidentlik institutu yaradıldı. Hazırda birinci vitse-prezident də təyin olunub. Belə olan təqdirdə təsisatın fəaliyyətini həyata keçirmək üçün onun çevrəsində aparat formalaşdırılır. Və orada təmsil olunan şəxslərin dövlət qulluğu kateqoriyasında ranqının hansı təsnifata, hansı ierarxiyadakı vəzifələrə uyğun olduğunu müəyyənləşdirmək üçün “Dövlət qulluğu haqqında” qanun qeyd olunan dəyişikliklər aparılıb. Buradakı mahiyyət ondan ibarətdir ki, həmin şəxslər də dövlət qulluqçusu sayılacaqlar. Bunun nəticəsində dövlət başçısının öz səlahiyyətlərini həyata keçirməsi üçün formalaşan Prezident Administrasiyasının fəaliyyətinin ləğvindən qətiyyən söhbət getmir”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button