2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ramzan Kadırov: “ABŞ ailə üzvlərimə qarşı sanksiyaları götürsə, ukraynalı əsirləri qaytaracağam”

[

Çeçenistanın başçısı Ramzan Kadırov ABŞ-a, onun ailə üzvləri və atları üzərindən sanksiyaların qaldırılması müqabilində ukraynalı əsirləri qaytarmağı təklif edib.

Gununsesi.info-mnun xəbərinə görə, o bu barədə Qroznıda güc nazirlikləri əməkdaşlarının düzülməsi mərasimi zamanı deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu mərasimdə keçmiş ABŞ kəşfiyyatçısı Skott Ritterin də iştirak etdiyi xəbər verilir. Bu məlumatı Rusiyanın TASS və RIA Novosti dövlət agentlikləri təsdiq ediblər.

Kadırov deyib:

“Bizdə Donetsk və Luhanskda götürdüyümüz əsirlər var. Qonağımıza (Skott Ritter-red) onların siyahısını verirəm. Əgər onlar məni çıxmaq şərtilə heç bir günahı olmayan adamların – anamın, qızlarımın, habelə atlarımın üzərindən sanksiyaları götürsələr, biz də əsirləri verərik”.

Xəbərdə deyilir ki, siyahının Ritterə verilməsi zamanı ukraynalı əsirləri görüntüləyən video göstərilib.

Bildirilir ki, Kadırov onun qohumları, təyyarələri və atları üzərindən sanksiyaların qaldırılması müqabilində 20 ukraynalı əsirin azad olunmasını vəd edir.

Kadırovun teleqram kanalında onun təbirincə deyilərsə, “ABŞ-ın xarici siyasətinin və Ukrayna tərəfinin ardıcıl tənqidçisi olan” Ritterin Çeçenistana səfərinin yekunlarına dair məlumat dərc olunub.

Amma bu məlumatda sanksiyaların əvəzində əsirlərin azad olunmasına dair təklifin Ritterə verilməsindən söz açılmır.

2022-ci ilin sentyabrında Kadırovun arvadı Medina, onun arvadları sayılan Fatima və Aminat, habelə qızları Ayşat, Tabarik və Karina üzərinə sanksiyalar qoyulub. ABŞ-ın sanksiya siyahısına Ayşat Kadırovanın Firdaws “Moda evi” də salınıb.

2023-cü ilin avqustunda ABŞ sanksiya siyahısına Kadırovun anası Aymanini də daxil edib.

Kadırovun özü məhkəməsiz edamlara, işgəncə və başqa insan haqları pozuntularına görə 2020-ci ildən ABŞ-ın sanksiya sihayhısındadır.

2023-cü ilin martında Kadırov demişdi ki, onun Zazu adlı ayğırı da mülkiyyətinə qoyulmuş sanksiyalar çərçivəsində sanksiyalanıb.

Sonralar bu ayğırı Çexiyanın Krabçitse qəsəbəsindəki tövlədən oğurlayıblar.

Elmar Elnuroğlu

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button