2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Raqif Məmmədov klanlarası savaşda məğlubdur

Ölkədə baş verən siyasi çalxalanmaların fonunda prezident İlham Əliyevə və onun formalaşdırmağa çalışdığı yeni məmur komandasına ciddi sobatajlar sezilməkdədir. Fərqi yoxdur, bu sabotaj iri çinli məmurlar və ya regionların “əfəndiləri” tərəfindən həyata keçirilir, – əsas odur ki, bu gün həm uzaq Avropadan eşidilən “söyüşlər” və təhqirlər, həm də daxildə baş verən bəzi neqativ hallar ölkə başçısını məsədindən yayındırmağa hesablanıb.

Görünən budur ki, canab prezident İlham Əliyev 2022-ci ilə gənclərin təmsil olunduğu çevik və dürüst yeni komanda ilə getmək əzmindədir. Elə burdaca qeyd edək ki, yenilənməkdə olan Azərbaycan siyasətində klanlarası savaşın da yaranmasına səbəb məhz amildir. Ölkə başçısı baş verənlərin fərqindədir və ciddi şəkildə islahatlara hazırlaşır. Bu mübarizədə onun yanında təbii ki, birinci vitze-prezident Mehriban Əliyeva, qarşısında isə “köhnə qvardiya” var.

Məhz uzun müddətdir ki, Ağdam rayonun icra başçısı Raqiv Məmmədovun rayonda törətdiyi əməllər “köhnə qvardiya”-nın sabotajının xırda bir hissəsidir. Sabiq Eldar Mahmudovçu başçı vəzifəyə yerləşdirdiyi yaxınları tərəfindən xalqı narazı salmaq, planlanan islahatların qarşısını almaq üçün əlindən gələni əsirgəmir.

Saytların yığılması Saytlarin yigilmasi

Nəzərə alsaq ki, Ağdam Azərbaycanın kilid rayonlarından biridir, o zaman yazdıqlarımızın nə qədər ciddi arqument olduğunu da anlamaq bir o qədər asan olar.

Hazırda Ağdamda Raqif Məmmədov tərəfindən məqsədyönlü şəkildə formalaşdırılan ümidsizlik bu kilid şəhərin cənab Prezidentin qarşısına məqsəd qoyduğu ciddi islahatlar dönəmində “itirilməsinə” xidmət edir.

Əhalini qəsdən narazı salmaq – bu, Raqif Məmmədovun əsas tapşırığıdır. Bu yerdə onu da qeyd edək ki, Ağdam da başçının tapşırıqlarına qeydsiz-şərtsiz əməl edən, cənab Məmmədovun törətdiyini iddia etdiyimiz heç bir cinayət faktını araşdırmağa lüzüm görməyən Ağdam rayon Prokuroru Rəfail Zeynalov da bu savaşda “köhnə qvardiya”nin yanında yer alıb.

Amma bütün bunların fövqündə Azərbaycanda ciddi şəkildə islahatlar dalğasına təkan verilib. Bu mübarizədə xalq cənab prezidentimizin yanında olacaq və bizlər, bunun baş tutması üçün hər şeyimizdən keçməyə hazırıq.

Gələn yazılarımızda Ravif Məmmədovun törətdiyi qanunazidd əməllərbarədə geniş məlumat verəcəyik.

Elnur Vaqifoğlu (hefteaz.info)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button