2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Rasimin öldürülməsi təsadüfi hadisə deyildi”

Jurnalistin anası: “Verilən cəza ilə razı deyiləm”

Rasim Əliyevin ölümündə təqsirli bilinən şəxsi kassasiya şikayəti təmin edilmədi

Ali Məhkəmədə jurnalist Rasim Əliyevin döyülüb öldürülməsiylə bağlı təqsirli bilinən şəxslərdən biri – Samir Mustafayevin şikayətinə baxılıb.

Kassasiya şikayəti Tahir Kazımovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən araşdırılıb.

Vəkil Bəxtiyar Hacıyev çıxışında S.Mustafayevin əməlində cinayət tərkibi olmadığını deyib. O bildirib ki, Samir Rasimin döyülməsində iştirak etməyib və təhlükəsizlik kameralarının görüntülərində onun əl uzadaraq Rasimi qaldırılması görünür. Vəkilin sözlərinə görə, zərərçəkmişin nümayəndəsi də məhkəmədə həkimlərin məsuliyyəti ilə bağlı vəsatət qaldıraraq, Rasim Əliyevin həkimlərin səhlənkarlığı üzündən dünyasını dəyişməsini bilirsə də, məhkəmələr bunu nəzərə alıb araşdırmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

B.Hacıyev çıxışının sonunda S.Mustafayev barəsindəki ittihama xitam verilməsini istəyib.

Mərhum R.Əliyevin anası – zərərçəkənin hüquqi varisi Teyfurə Əliyeva isə etiraz edərək deyib ki, Samir də oğlunun ölümünə səbəb olmuş cinayətkar qrupun üzvüdür. O bildirib ki, baş verən hadisə təsadüfi deyil və Rasimin futbolçu Cavid haqqında yazdığı fikirlərə görə bilərəkdən bunu təşkil ediblər. “Mən heç onların aldığı cəza ilə də razı deyiləm” – deyə T.Əliyeva bildirib.

Müşavirədən sonra hakimlər kollegiyası kassasiya şikayətinin təmin olunmaması barədə qərarı elan edib.

Jurnalist Rasim Əliyev 8 avqust 2015-ci ildə bir qrup şəxs tərəfindən döyüləndən sonra 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və bir neçə saat sonra dünyasını dəyişib. Hadisənin baş verməsinə səbəb jurnalistin öz “Facebook” səhifəsində futbolçu Cavid Hüseynovu tənqid etməsi olub.

Bundan sonra C.Hüseynovun bibisi oğlu 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və aralarında mübahisə yaranıb. Nəticədə, Elşən İsmayılov, R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində «Bayıl market» maqazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıblar.

R.Əliyev təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, bir neçə saat sonra dünyasını dəyişib.

Jurnalistin ölümü ilə bağlı Cavid Hüseynov və daha 5 nəfər həbs edilib. Məhkəmə jurnalistin ölümündə təqsirləndirilən Elşən İsmayılov 13, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il 6 ay, Kənan Mədətov və Samir Mustafayevi 9 il müddətinə azadlıqdan məhrum edib.

Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynov ağır cinayəti gizlətmədə təqsirli bilinərək Səbail rayon Məhkəməsinin hökumü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 4 ildən 1 il 2 aya endirib və həmin müddət başa çatdığından futbolçu həbsdən azad edilib.

Jurnalistin valideynləri və onların müdafiəçiləri verilmiş hökm və qərarlarla razılaşmırlar. Onlar hesab edir ki, jurnalistin ölümünə görə vəfat etdiyi xəstəxananın həkimləri də məsuliyyətə cəlb edilməli idi və futbolçu C.Hüseynovun bu məsələdə məsuliyyəti yalnız cinayəti bilib gizlətməkdən ibarət deyildi. (Bizimyol.info)

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button