Loading...
Loading...
SEÇMƏ

Reabilitasiya mərkəzində uşaqlara işgəncə verildiyi iddia olunur (yenil ənib)

Yayımlandı: 3 Sentyabr 2022 14:31

Təlimçilərin kimliyinin müəyyənləşdiyi bildirilir


Uşaqlara işgəncə verən “Mehnur” loqopedik reabilitasiya mərkəzinin psixoloq və tərbiyəçisi saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133-cü maddəsi (əzab vermə) cinayət işi başlanılıb.


Bakıda reabilitasiya mərkəzlərinin  birində uşaqlara işgəncə verilməsi ilə bağlı ötən gün sosial şəbəkələrdə görüntülər yayılıb.
Həmin görüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub. Təlimçilər uşaqları vurur, saçlarından tutaraq yerə çırpırlar.
Hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Mehnur” reabilitasiya mərkəzində qeydə alınıb.  Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, görüntülər bir neçə gün əvvəl çəkilib:
“Bu barədə aidiyyəti qurumlara məlumat vermişəm”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Meydan TV-yə bildirilib ki, məsələ artıq nəzarətə götürülüb. Həmin şəxslər müəyyənləşdirilib. Məsələ ilə bağlı ictimaiyyətə açıqlama veriləcək.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır: “Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aidiyyəti qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə bildirilib ki, faktla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  və aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmalara başlanılıb:
“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə  hüquqi qiymət veriləcək”.

Meydan TV

Gözdən qaçırmayın:  General Bəkir Orucov barəsində həbs qətimkan tədbiri seçildi

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button