2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

REAL bəyanat yayıb: “Cəfərlinin həbsi fəaliyyətimizin istiqamətini dəyişə bilməyəcək”

“Respublikaçı Alternativ (REAL), təşkilatın İcra Katibi Natiq Cəfərlinin həbsini şiddətlə pisləyir və bu həbsin birbaşa İlham Əliyevin göstərişi ilə baş verdiyinə əmindir”.
24saat.org xəbər verir ki, bu fikirlər REAL Hərəkatının Natiq Cəfərlinin həbsi ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb.

REAL bəyan edir ki, həbs həm Natiq Cəfərlinin REAL İcra Katibi kimi siyasi fəaliyyətinin, həm də ölkədəki iqtisadi vəziyyətin günü-gündən pisləşdiyi bir dönəmdə ictimai rəy lideri olan bir mütəxəssisin hökümətin yanlış iqtisadi siyasətinin ifşasının qarşısını almağa yönəlib. Bu addım REAL-ın kütləviləşməsi və partiyaya çevrilməsi planlarına qəsd cəhdidir.
REAL olaraq bəyan edirik ki, N.Cəfərliyə qarşı sürülmüş ittihamlar tamamilə əsassız və siyasi motivlidir. O, dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır. REAL olaraq onu da bəyan edirik ki, N.Cəfərlinin həbsi REAL-ın, 26 sentyabr 2016-cı ilə təyin edilmiş referenduma çıxarılan dəyişikliklərlə, partiyalaşmaqla bağlı və digər siyasi fəaliyyətlərinin həyata keçirilməsinin qarşısını ala bilməyəcəkdir.

Qeyd edək ki, Natiq Cəfərli Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsinin Təşkilati məsələlər üzrə Katibi və “Respublikaçı Alternativ” Referendum Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndəsidir.

Saytların yığılması Saytlarin yigilmasi

REAL bəyan edir ki, Natiq Cəfərlinin həbsi bu ölkədə bir neçə ildir davam edən siyasi repressiyaların dayanmadığını əyani şəkildə sübut edir. Bu nöqteyi-nəzərdən onun həbsi demokratiya və insan haqlarını özünün maraq və prioriteti sayan ABŞ və Avropa Birliyi ölkələrinin dəyərlərə sadiqliyi məsələsini imtahan qarşısında qoyur. Yaranmış şəraitdə onlar bəyan etdikləri dəyərlərə həqiqətən də sadiq olduqlarını yalnız insan haqlarını pozanlara, demokratiyanı boğanlara qarşı sanksiyalar tətbiq etməklə sübut edə bilərlər.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button