2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

REAL-çı gəncləri tapmaq mümkün olmur… Vəkil danışır (VİDEO)

REAL (Respublikaçı alternativ) hərəkatının üzvləri Elşən Qasımovla Toğrul İsmayılovu kimliyi bəlli olmayan şəxslərin saxladığı bildirilir.

REAL-çıların hara aparıldığı bəlli deyil. Ancaq onların hansısa idarədə sorğu-sual edildiyi guman edilir. Rəsul Cəfərovun bildirməsinə görə, bu haqda Elşən Qasımov telefonla qardaşına məlumat verib və telefonu söndürməli olduğunu deyib.


Amma hələlik gənclərin yerini müəyyənləşdirmək mümkün olmur. Vəkil Elçin Sadlqov qeyd edir ki, Bakı şəhər Baş Polis İdarəsinə, Nərimanov, Səbail, Xətai rayonlarının polis idarələrinə baş çəkiblər, hər yerdən gənclərin orada olmadığını bildiriblər.

Hazırda vəkil və REAL-ın fəalları Bakıda hüquq-mühafizə orqanlarında gəncləri axtarmaqla məşğuldurlar.

Elşən Qasımovla Toğrul İsmayılov REAL hərəkatının sentyabrın 26-na təyin edilən referendumla bağlı təsis etdiyi “Respublikaçi Alternativ” Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndələridir.

Gənclərin saxlanması ilə bağlı deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

3 gün əvvəl, avqustun 12-də də REAL-in icra katibi Natiq Cəfərli məhkəmənin qərarı ilə 4 ay azadlıqdan məhrum edilib. O, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir. Bu ittihamlarla Natiq Cəfərli əmlakı müsadirə olunmaqla 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

REAL hərəkatı ittihamları qəbul etmir. Natiq Cəfərlinin prezidentin göstərişi ilə həbs edildiyini bəyan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button