2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Referendum niyə keçirilir? (VERSİYA)

Təbii ki, son günlər hər kəsi düşündürən və heç kimin cavab tapmadığı bir sual var – durub-durarkən virse-prezidentlik institutunun yaranmasını təmin edəcək referendum niyə keçirilir. Axı ölkədə demokratik yolla olmasa da, bütün despot rıçaqlar Əliyevlərin nəfinə çalışır. Bu isə İlham Əliyevin hakimiyyətinin təhlükə altında olmadığını, istənilən seçkidən qalib çıxarılacağının təminatı üçün kifayət edir.

O zaman vitse-prezidentlik postunun yaranmasını zəruri edən səbəbin axtarışı bir qədər də maraq doğurur. Həqiqətən, heç bir zərurət olmadığı halda referendum keçirmək niyə və kimə lazımdır?
Əlbəttə, normal demokratik ölkələrdə bu sualın cavabı elə referendum aktı təqdim olunan gün cəmiyyətə açıqlandığından o ölkələrdə cavabsız suallara versiyalarla cavab axtarmaq zərurəti yaranmır. Amma Azərbaycanda referendum olacaq deyən təbəqə bunun niyə olacağını demədən, referendumla gətiriləcək dəyişikliklərə demokratiya donu geyindirmək, demokratiyanı aşağılamaq yolunu tutublar.
Bu isə, cəmiyyətdə daha çox çaşqınlıq yaradır.
Zira bir qədər analizdən sonra məslənin Əliyevlər ailəsinin daxilindən qaynaqlandığını təsbit etmək mümkün olur. Amma qaragüruh toplumun aşılamağa çalışdığı bəsit ssenarilər bu məqamda özlüyündən yox olub gedir. Çünki İlham Əliyevin kifayət qədər ailəsinə bağlı olduğunu, ailəsinin maraqlarını sıradan azərbaycanlı ailə başçısı kimi yerində və zamanında həll etdiyini, ailə daxilində hər hansı anlaşılmazlıq yaşamadıqlarını Mehriban Əliyevanın bu səpkidə mətbuata verdiyi azsaylı müsahibələrdən də bilirik. Deməli, səbəb heç də birbaşa ailə problemi deyil və ola bilməz. O zaman problem nədir?
Son dönəmlər qulaqdan-qulağa yayılan və uzun müddət soyuq münasibətlər yaşanan Sevil Əliyevanın yenidən ailənin içərisinə girməyə çalışdığı, hətta bu istəyin izdivaca qədər uzandığını iddia edən söyləntilər var. Bu isə sıradan azərbaycanlı ailəsində olan problemləri aktuallaşdırır ki, ölkənin ictimai-siyasi aləmində kifayət qədər nüfuzu və rolu olan Mehriban Əliyevanın və onun timsalında paşayevlərin gələcək perespektivdə psixoloji təsir altına düşmə ehtimalını aktuallaşdırır. Başqa sözlə, söyləntilər reallaşarsa, Sevil Əliyevanın defakto birinci xanım kürsüsünü ələ keçirəcəyi təhlükəsi meydana çıxmış olur. Əlbəttə, bu da uzun illər ictimai fəaliyyəti ilə diqqət mərkəzində olmağı bacaran birinci xanım üçün məqbul hesab oluna bilməz. Ehtimal var ki, referendumu və ələxsus da, vitse-prezidentlik postunun yaranmasını zəruru edən amil də məhz budur.
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button