2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Reina” terrorçusunun oğlunun yeri bilindi – İDDİA

Yeni il gecəsi İstanbulda “Reina” klubuna hücum edərək 39 nəfəri öldürən Abdülkadir Maşaripovun oğlu İŞİD terror təşkilatı tərəfindən girov saxlanılır.

Publika.az xəbər verir ki, bu iddia ilə Türkiyənin “Hürriyyət” nəşrinin yazarı Abdulkadir Selvi çıxış edib.

“Reina” terrorçusunun uşağı hələ də İŞİD-in əlindədir. Terror aktından sonra 4,5 yaşındakı oğlu ilə qaçan Abdulkadir Maşaripov tutulana kimi üç yerdə evini dəyişdirib: Zeytinburnu, Başakşehir və tutulduğu Esenyurt. Bir dəfə qaçmaq üçün plan qurur, amma uşağı ilə qaçmasına icazə verilmədiyi üçün qaçmır. Təbii ki, yalnız atalıq duyğusunun üstün gəldiyini zənn etmirəm. Bilir ki, uşağın İŞİD-in əlində olmasından ona qarşı istifadə edəcəklər. Ancaq uşaq terrorçu tutulmadan bir neçə saat əvvəl İŞİD tərəfindən aparılır”, – deyə Abdulkadir Selvi yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, terrorçunun verdiyi ifadələrində təxminən eyni şeyləri söyləməsi də uşağın İŞİD-in əlində girov olması ilə bağlıdır:

“Bu təşkilatların yalnız girişi olur, çıxışı olmur. Ya terrorçu olacaqsan, ya kamikadze olaraq öləcəksən, ya da uşağını sənə qarşı girov kimi saxlayacaqlar. İŞİD “Reina” terrorçusuna “əgər danışsan, uşağın əlimizdədir” mesajı verir. Terrorçunu sağ ələ keçirməyi bacaran İstanbul polisinin uşağı da ələ keçirəcəyinə inanıram. Bundan sonra terrorçu hər şeyi etiraf edəcək”.

Qeyd edək ki, Abdülkadir Maşaripov uşağın gətiriləcəyi halda, hər şeyi danışacağını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button