2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Reina” terrorçusunun qaçış planı – DETALLAR

Yeni il gecəsi İstanbulda “Reina” klubuna hücum edərək 39 nəfəri öldürən İŞİD terrorçusu Abdulkadir Maşaripovun polislə ilk söhbətində söylədikləri ortaya çıxıb.

Publika.az xəbər verir ki, terrorçu Özbəkistan İslam Hərəkatında olarkən təşkilatın təbliğat videolarını “Youtube” yüklədiyini bildirib.

Təbliğat vəzifəsini yerinə yetirən terrorçunun daha sonra təşkilatla fikir ayrılığı yaranır. O, Əfqanıstana, oradan Pakistana, son olaraq isə İrana keçib. İŞİD-lə məhz İranda tanış olub. İran üzərindən isə ailəsi ilə Türkiyə keçib. Konyaya gələn Abdulkadir Maşaripov əmrləri Rakkadakı İŞİD “əmir”indən alırdı.

Saytların yığılması Saytlarin yigilmasi

Terrorçu İstanbulda Taksim Meydanında çəkdiyi görüntüləri də Rakkadakı İŞİD “əmir”inə göndərib. Amma izdiham olduğu və təhlükəsizlik yüksək səviyyədə təmin edildiyi üçün burata terror aktını həyata keçirə bilməyib və “Reina”nı hədəf seçib.

“Reina”dakıları kafir olduqları üçün öldürdüm. Müsəlmanların Yeni ili qeyd etməyəcəyinə inanırdım. Hücumdan sonra oğlumu da götürərək qaçmağı planlaşdırırdım. Lakin oğlumla görüşə bilmədim. Oğlumla görüşə bilsəydim, Suriyaya İzmir və Hatay üzərindən qaçmağı planlaşdırırdım. Qaçarkən həyat yoldaşımı və qızımı aparmağı düşünmürdüm”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button