2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

RF-nin xarici işlər nazirinin müavini Bakıda regionun təhlükəsizliyi məsələlərini müzakirə edib

Bakı/22.12.23/Turan: 21-22 dekabr tarixlərində Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla regional təhlükəsizlik və Avropa təhlükəsizliyi məsələləri ilə bağlı məsləhətləşmələr aparıb, bu barədə RF XİN-in məlumatında deyilir.

 Mənbənin məlumatına görə, Qruşko həmçinin Azərbaycan prezidentinin köməkçiləri Hikmət Hacıyev, Elçin Əmirbəyov və Milli Məclisin komitə sədri Səməd Seyidov tərəfindən qəbul edilib.

“Zaqafqaziyada və Avropa təhlükəsizliyi sahəsində cari vəziyyət, o cümlədən ATƏT-də qarşılıqlı fəaliyyət, Avropa Şurasında vəziyyət, ölkələrimizin Avropa İttifaqı və NATO ilə münasibətlərimiz haqqında hərtərəfli fikir mübadiləsi aparılıb. Eyni zamanda, ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələlərinə toxunulub.

Saytların yığılması Saytlarin yigilmasi

Region ölkələrinin Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunub saxlanılmasında aparıcı rolu və xüsusi məsuliyyəti vurğulanıb.

Hər iki tərəfdən regional təhlükəsizlik və Avropa təhlükəsizliyi məsələləri ilə bağlı sıx dialoqun davam etdirilməsinə sadiqlik təsdiq edilib”, deyə məlumatda bildirilir.

Azərbaycan XİN hələlik Qruşkonun Bakıya səfəri haqqında məlumat dərc etməyib. 0

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button