2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rövşən Lənkəranskini “satan” dostundan Lotu Quliyə xəbərdarlıq – Yanvarın 17-də…

Azərbaycanlı “qanuni oğru”, Türkiyədə öldürülən Rövşən Lənkəranskinin yaxın adamlarından hesab edilən Cemo ləqəbli “oğru” Camal Mikeladze İtaliyaya ekstradasiya ediləcək

24saat.org cebhe.info-ya istinadən xəbər verir ki, İtaliya hüquq-mühafizə orqanlarının bununla bağlı tələbi yerinə yetirilib. Bu günlərdə keçirilən məhkəmə prosesində Cemo kəskin çıxışı ilə gündəmə gəlib: “Qubernatorun müavini Aman Tuleyev külli mqidarda korrupsiyada günahlandırılır, ancaq ev həbsinə buraxılır. Kemerovskdə milyardları oğurlayanlar ev həbsindədir, amma mən zirzəmidə yatmalıyam”.
Rövşən Lənkəranskini “satan” dostundan Lotu Quliyə xəbərdarlıq
Qeyd edək ki, İtaliyada kriminal asososasiya yaratmaqda ittiham edilən Cemo həmçinin çirkli pulların yuyulması və sənəd saxtalaşdırmaqda ittiham olunur. 2016-cı ildə İtaliya məhkəməsi onu qiyabi 15 il azadlıqdan məhrum edib. Ancaq vəkilləri onun cəzasını 2 il 2 aya endirməyə nail olublar. 17 yanvar 2017-ci ildə bu qərardan da şikayətə baxılacaq. Ancaq maraqlıdır ki, Mikeldze özü də ekstradasiyada maraqlıdır. Onun vəkili Rusiyada həbsdə saxlandığı 9 ay müddətində İtaliyaya qərarın sürətləndirməsi üçün dəfələrlə müraciət yazıb. İndi isə məlum olub ki, Cemo Kemerovo həbsxanasından İtaliyaya göndəriləcək. Təyyarayə minmədən əvvəl “İnterpolun”un nümayəndələri onun səhhətini yoxlayacaq və daha sonra təyyarəyə minməsinə icazə veriləcək.

Xatırladaq ki, “Cemo” ləqəbli Camal Mikeladze Rövşən Canıyevin ən yaxın tərəfdarı kimi tanınırdı. Onun adı Rövşən Canıyevlə ilk dəfə 2010-cu ildə birgə çəkilməyə başlayıb.

Gürcüstan əsilli azərbaycanlı avtoritet Vaqif Süleymanovla Rövşən Lənkəranskinin 2010-cu ilin yazında aralarında olan münaqişəni çözmək üçün Rublevski yaxınlığında Cemonun böyük qardaşı Mamukonun kotecində “sxodka”ya toplaşıblar. “Rövşən Lənkəranski” tərəfdən söhbətdə Mikeladze qardaşları da iştirak edib. Cemo “sxodka”da dava salıb və Vaqif Süleymanovla vuruşub.

Saytların yığılması Saytlarin yigilmasi

Daha sonra Rövşən Lənkəranskiyə Birləşmiş Ərəb Əmirliklərində sui-qəsd ediləndə Cemo dərhal Dubaya gedib. 2011-ci ilin iyununda “Ded Xasan” “Cemo”nu “qanuni oğru” adından məhrum edib. Bundan sonra Ded Xasan və klanı ilə münasibətlər gərginləşib. Ded Xasanın qətlindən sonra Cemonun həbsxanadan yazdığı iddia edilən məktub ortalığı qarışdırıb. Cemo məktubda iddia edirdi ki, Ded Xasanın qətl planını Rövşən Lənkəranski, Merab və Levan Canqveladze qardaşları Romada müzakirə edib. Sonrakı görüşdə isə Levan Canqveladzeyə “Val” tüfəngi verilib. Mikeladzenin məktubunda qətl planının maliyyəsinin və həyata keçirilməsinin əsas fiqurantı kimi Rövşən Lənkəranskinin adı hallanırdı. Sonradan məktubnu Ded Xasan klanı tərəfindən ortaya atdığı bildirilib. Ancaq R.Lənkəranski ilə Cemo arasındakı münasibətlər bu hadisədən sonra müəyyən qədər pozulub. İndi isə məlum olub ki, R.Lənkəranski öldürüldükdən sonra onun sərvəti üzərinə nəzarətin azərbaycanlı “oğru”lar Lotu Quli və Vaqif arasında bölüşdürülməsi Cemoya xoş gəlməyib. Bildirilir ki, Cemo İtaliyada barəsindəki həbs qərarının ləğvinə inanır və bundan sonra R.Lənkəranskinin nəzarətində olan sahələri öz əlində cəmləşdirmək üçün fəaliyyətə başlayacaq. Bəzi məlumatlara görı, artıq bununla bağlı Lotu Quliyə xəbərdarlıq da edilib. Lakin Lotu Quli Cemodan gələn xəbərdarlığı ciddiyə almayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button