2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Rüfət Səfərov vəkillərinə Mehman Əliyev haqda nə deyib?

Azərbaycanda insan haqlarının kütləvi şəkildə pozulmasına, prokurorluq orqanlarındakı qanunsuzluqlara etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən siyasi bəyanatla istefa verən və bundan az sonra həbs olunan Rüfət Səfərov da “Turan” informasiya agentliyi ətrafında baş verənlər, agentliyin rəhbəri Mehman Əliyevin həbsini pisləyib. Bu haqda “Azadliq.info”ya Rüfət Səfərovun vəkilləri məlumat verib.

Keçmiş müstəntiqin vəkilləri Bəhruz Bayramov və Yalçın İmanov avqustun 29-da 9 saylı cəzaçəkmə müəssisəsində onunla görüşüb. Müdafiəçilərin sözlərinə görə, Rüfət Səfərov Mehman Əliyevin həbsini Azərbaycan hakimiyyətinin ölkədə müstəqil mediaya qarşı hüqumlarının növbəti mərhələsi kimi qiymətləndirib. Deyib ki, hakimiyyət ölkədə azad mətbuatın son işartılarını da məhv eləməyə çalışır: “Amma tarix sübut edir ki, buna nail olmaq mümkün deyil”.

Saytların yığılması Saytlarin yigilmasi

“Ümumilikdə Rüfətin vəziyyəti yaxşısır. Saxlanma şəraitindən narazılığı yoxdur, əhval-ruhiyyəsi də nikbindir”, – deyə vəkil Yalçın İmanov bildirib.

Xatırladaq ki, Rüfət Səfərov 2015-ci il dekabrın 22-də prokurorluqdan istefa verdiyini açıqlayandan dərhal sonra onun yaşadığı evdə axtarış aparılıb, ardınca haqqında cinayət işi qaldırılıb və rüşvət alma ittihamı ilə həbs olunub. Rüfət Səfərov 2016-cı il sentyabrın 9-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. Sonradan Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

Rüfət Səfərov ittihamları rədd edir və hüquq-mühafizə orqanlarında çalışan, durumdan narazı olan digərlərini çəkindirmək məqsədi ilə saxta ittihamlarla cəzalandırıldığını bildirir.

Elə yerli və beynəlxalq insan haqları təşkilatları da onun hökuməti, o cümlədən prokurorluq orqanlarındakı qanunsuzluqları tənqid etdiyinə görə cəzalandırıldığı qənaətindədir.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button