2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rus İcmasının Respublika Şurası İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib

Bakı/27.12.23/Turan:  Azərbaycan Rus İcmasının Respublika Şurası  hakim Yeni Azərbaycan Partiyasının 2023-cü il növbədənkənar prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərarını dəstəkləyib.

Şuranın müraciətində qeyd olunur ki, Ermənistanın işğal etdiyi əraziləri Əliyevin rəhbərliyilə Azərbaycan xalqı azad edib.

Sənəddə həmçinin “Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun” möhkəmləndiyi qeyd olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Respublika Şurası əmin olduğunu bildirir ki, rus icmasının üzvləri bundan sonra da Əliyevi dəstəkləyəcək və fevralın 7-də ona səs verəcəklər.

Qeyd edək ki, rəsmi olaraq seçkiqabağı təşviqat yanvarın 17-də başlayır və seçkidən bir gün əvvəl-6 fevral saat 8.00-da başa çatır.- 06B-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button