2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya bələdiyyə deputatları Putinin istefasını tələb edirlər

Moskva, Sankt Peterburq və Kolpina şəhərinin 18 rayonunda bələdiyyə deputatları prezident Vladimir Putinin istefasını tələb ediblər

Saytların yığılması Saytlarin yigilmasi

Moskva, Sankt Peterburq və Kolpina şəhərinin 18 rayonunda bələdiyyə deputatları prezident Vladimir Putinin istefasını tələb ediblər.

Onlar bildirirlər ki, Putinin hərəkətləri Rusiyanın və onun vətəndaşlarının gələcəyinə ziyan vurur.

Peterburqun Semyonovski bələdiyyəsinin deputatı Kseniya Tortstryom sentyabrın 12-də Twitter-də yazıb ki, bu barədə petisiyanı 20-dək deputat imzalayıb və imza toplanması davam etdirilir.

Putin fevralda Ukraynaya qarşı səbəbsiz və əsassız müdaxiləyə başlayandan bəri fərqli düşüncə üzərinə misilsiz nəzarət tətbiq edir.

Lakin Ukraynanın cəbhə uğurları, işğal olunmuş ərazilərin geri götürülməsi barədə xəbərlər yayıldıqca Rusiya hakimiyyətinin sıralarında çatlar görünməyə başlayıb.

Putinin doğma şəhəri

Ötən həftə Putinin doğma Sankt Peterburq şəhərindəki Smolnı rayonu bələdiyyəsinin millət vəkilləri Rusiya Dövlət Dumasına müraciət mətni göndərmişdilər.

Onlar Dumadan Ukraynaya qarşı müharibə başladığına görə Putinə qarşı dövlətə xəyanət ittihamının irəli sütlməsini tələb edirdilər.

Onlar yazırdılar ki, Putinin hərəkəti Rusiyanın və onun vətəndaşlarının təhlükəsizliyinə ciddi ziyan vurub.

Sözü gedən deputatlar sonradan polisə çağırılmış və onlara qarşı “ölkə silahlı qüvvələrinin gözdən salınması” ittihamı irəli sürülüb.

“Cinayət əməli”

Ötən həftə Moskvanın Lomonosov bələdiyyə ərazisinin deputatları Putini istefa verməyə çağırmışdılar.

Onlar bildirirdilər ki, hakimiyyət dəyişikliyi ölkənin taleyi üçün çox mühümdür.

Mart ayının əvvəllərində Putin “Rusiyanın Ukraynada apardığı xüsusi əməliyyat barədə bilərəkdən saxta məlumatlar yayılmasına” görə uzunmüddətli həbsxana cəzası nəzərdə tutan fərman imzalamışdı.

Bu fərmana görə habelə “Rusiya qoşunlarının Rusiyanın maraqlarını müdafiə etməsinə qarşı çağırışlar” cinayət əməli sayılır.

Fərman Rusiyaya qarşı sanksiyalara çağırışları da qadağan edir.

24 saat” “
Rusiya bələdiyyə deputatları Putinin istefasını tələb edirlər
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button