2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Rusiya bizə mane ola bilməz”: ABŞ Ermənistan və Azərbaycanın barışmasına yönəlmiş səyləri davam etdirəcək

Vaşinqton/05.01.24/Turan: Cümə axşamı Birləşmiş Ştatlar Cənubi Qafqazda diplomatik səylərini müdafiə edib, Moskvanın bəyanatlarına baxmayaraq, Azərbaycan və Ermənistan arasınnda sülhə nail olmağa yönəlmiş səyləri davam etdirəcəyini bildirib.

“Rusiya heç cür bizim Ermənistan və Azərbaycanın barışması üçün zəruri olan bütün vacib diplomatik səyləri həyata keçirməyimizə mane ola bilməz”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Turan-ın “Qərbi sülh prosesinə müdaxilə etməkdən çəkinməyə çağıran” Rusiya məmurları haqqında sualına cavabda bildirib.

Ötən həftə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, “kənardan heç kim Cənubi Qafqazda möhkəm sülh və sabitliyə yol açmayacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

“Rusiyanın bu mövzuda irəliləməsinə mane olduğunu demək olarmı?” Turan-ın bu sualına cavabda Miller belə deyib: “bəli, bu, belədir”.

Dövlət katibi Entoni Blinken ötən ilin sonlarında ABŞ-ın paytaxtında sülh danışıqları üçün xarici işlər nazirlərinin daha bir görüşünü keçirməyi təklif edib, lakin görüş baş tutmayıb.

Turan-ın belə bir görüşün mümkün olub-olmadığı haqqında sualına cavabda Miller belə deyib: “Yenilikləri izləyin. Bizdə görüş planlaşdırılanda açıqlayacağıq”, deyə o bildirib. 0

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button