2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiya BMT-nin İdlib layihəsini veto qoydu

Rusiya ABŞ, İngiltərə və Fransa tərəfindən hazırlanan və İdlib Xan Seyhun məntəqəsinə kimyəvi silah hücumunu qınayaraq hücumun soruşturulmasını istəyən BMT Təhlükəsizlik Şurasının qərar layihəsini veto qoydu.

Qanunda istintaq üçün Əsəd rejimindən 4 apreldəki hava əməliyyatları ilə əlaqədar bütün uçuş məlumatları və komandanlıq siyahısını verməsi, kimyəvi hücum ilə əlaqəsi olduğu düşünülən hərbi zavodlarda araşdırma aparılmasına icazə verilməsi tələb edilirdi. Rusiyadan başqa müvəqqəti üzvlərdən Bolivya da qanun layihəsinin əleyhinə səs verdi. 10 üzv qanuna dəstək verərkən, Çin, Efiopiya və Qazaxıstan bitərəf qaldı. BMT TŞ-də bir layihənin qəbul edilməsi üçün 15 üzvdən ən az 9-nun lehinə səs verməsi və daimi üzvlər ABŞ, Rusiya, Çin, İngiltərə və Fransadan hər hansı birinin veto səlahiyyətini istifadə etməməsi lazımdır. Layihə 10 ölkənin dəstəyini almasına baxmayaraq, daimi üzv olan Rusiyanın vetosu üzündən rədd edilmiş oldu. Rusiya vətəndaş müharibəsinin başından bəri 8-ci dəfə Suriya ilə bağlı qərar layihəsini rədd etmiş oldu. Daimi üzvlərdən Çin bu dəfə veto məsələsində Rusiyaya qatılmayaraq, bitərəf qaldı. Digər tərəfdən Rusiya da məsələ ilə bağlı öz hazırladığı layihəni rəsmi olaraq Şuraya təqdim etdi. Rusiyanın layihəsinin nə zaman səs verməyə təqdim ediləcəyinə dair açıqlama verilmədi.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button