SEÇMƏ

Rusiya Hesablama Palatasının sədri istefa verib

Yayımlandı: 29 Noyabr 2022 12:41

Kudrin ərizəsini Putinə təqdim etdiyini yazıb

Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin vəzifəsindən istefa verib.

Bu barədə o, “Telegram” səhifəsində yazıb.

“İndi mən geniş mənada özəl təşəbbüslərin inkişafı ilə bağlı olan, eyni zamanda, insanlara əhəmiyyətli təsir göstərən böyük layihələrə diqqət yetirmək istərdim”, – deyə A.Kudrin yazıb.

O, 25 il dövlət sektorunda çalışdığını da xatırladıb.

A.Kudrin bildirib ki, artıq ərizəsini Prezident Vladimir Putinə təqdim edib.

Rusiya mediası Aleksey Kudrinin “Yandex İT” şirkətində çalışacağını qeyd edib.

İyunun əvvəlində Avropa İttifaqının sanksiyalarına məruz qalan şirkətin həmtəsisçisi Arkadi Volojdan baş direktor vəzifəsini tərk etməsi tələb olunub.

Meydan TV

Gözdən qaçırmayın:  Dünya çempionatında ikinci turun son oyunları keçirilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button