2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiya neftini Azərbaycan vasitəsilə daşımaqda şübhəli bilinən gəmi saxlanılıb

Yayımlandı: 22 Fevral 2023 14:44

Albaniyanın Durres şəhərində saxlanılan gəmidən 22 500 ton neft müsadirə edilib

Albaniya hüquq-mühafizə orqanları fevralın 20-də sahilyanı Durres şəhərində Liberiyada qeydiyyatdan keçmiş və Rusiya neftini daşımaqda şübhəli bilinən gəmini saxlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, əməliyyat zamanı gəminin 22 nəfərlik ekipajı saxlanılıb.

Əməliyyat zamanı müsadirə edilən 22 500 ton neftin bazar dəyəri 40 milyon avrodan çoxdur.

“Gəmi səyahətə Azərbaycandan başlayıb və Yunanıstanın Kalamata şəhərində başqa bir gəmidən neftlə təmin olunduğunu iddia edib”, – deyə Albaniya polisi bildirib.

Albaniya hökuməti neftin Rusiyadan gəldiyini ehtimal edib.

Məlumata görə, gəminin heyəti isə Albaniya rəsmilərini neftin Rusiyadan gəlmədiyinə inandıra bilməyib.

Albaniya Qərbin və Avropa İttifaqının Ukraynaya hərbi müdaxiləsinə görə Rusiyaya tətbiq etdiyi sanksiyaları dəstəkləyir.

Tarixçə

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button