Bizim tərcümə

Rusiya pilotsuz təyyarələri Ukraynadakı atom elektrik stansiyasının üzərindən uçur

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-19 18:01:27

Ukrayna Dövlət Nüvə Enerjisi Şirkəti (Enerqoatom) Rusiyanın Ukraynaya dünən gecə təşkil etdiyi hücumlarda Cənubi Ukrayna Atom Elektrik Stansiyasında kamikadze dronların aşkar edildiyini açıqlayıb.

Rusiyanın Mikolayiv bölgəsindəki hücumlarla nüvə təhlükəsizliyini lazımi səviyyədə qiymətləndirmədiyini bildirən Energoatom səlahiyyətliləri, yerli vaxtla saat 00:46-da İran istehsalı olan “Şahed” pilotsuz uçan aparatının atom elektrik stansiyasının üzərindən keçdiyini açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Energoatom rəsmiləri beynəlxalq nüvə birliklərini nüvə stansiyalarını müharibə riskindən qorumağa çağıraraq, “Radiasiya və nüvə təhlükəsizliyinin pozulması qətiyyən qəbuledilməzdir” deyib.

KRİTİK İNFRASTRUKTUR OBYEKTLƏRİ HƏDƏF

Kiyev meri Vitali Kliçko kamikadze dronlarla edilən hücumlarla bağlı açıqlamasında hücum nəticəsində kritik infrastruktur obyektlərinin zədələndiyini və elektrik enerjisinin kəsildiyini bildirib. Kliçko bildirib ki, mühəndislər dəymiş ziyanı aradan qaldırmaq üçün çalışırlar.

Kiyev vilayətinin qubernatoru Oleksiy Kuleba bildirib ki, 20 pilotsuz təyyarədən təxminən 15-i hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, Kiyev vilayətində bəzi evlərə ziyan dəyib.

Səlahiyyətlilər tərəfindən edilən açıqlamada hücumda itki olmadığı bildirilib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button