Dünya

Rusiya raketlərindən ikisinin NATO üzvü Polşaya düşdüyü xəbər verilir

Polşa rəsmiləri Rusiyanın Ukraynaya atdığı raketlərdən ikisinin NATO üzvü Polşanın ərazisinə düşməsi ilə bağlı ölkə Təhlükəsizlik Şurasının təcili iclasını çağırıblar

Polşa rəsmiləri Rusiyanın Ukraynaya atdığı raketlərdən ikisinin NATO üzvü Polşanın ərazisinə düşməsi ilə bağlı ölkə Təhlükəsizlik Şurasının təcili iclasını çağırıblar.

Bu hadisə nəticəsində iki nəfərin öldüyü xəbər verilir.

Associated Press ABŞ kəşfiyyatının vəzifəli rəsmisinin sözlərinə istinadla xəbər verir ki, Polşanın sərhəd bölgəsindəki kənddə baş vermiş iki partlayış Rusiya raketlərinin Polşa sərhədini keçməsi ilə bağlıdır.

Polşa rəsmiləri bu xəbəri hələki təsdiq etməyiblər, lakin PAP dövlət xəbər agentliyi Polşa hökumətinin noyabrın 15-də təcili iclas keçirəcəyini bildirib.

Zelenski “xəbərdarlıq etmişdim” deyir

Ukrayna prezidenti Volodimir ZelenskiRusiya raketlərinin Polşaya düşdüyünü təsdiq edib və bildirib ki, Kiyev Rusiyanın hərəkətlərinin Ukrayna ilə məhdudlaşmayacağı barədə çoxdan xəbərdarlıq etmişdi.

O bildirib ki, raket zərbələrinin NATO ərazisini vurması “əhəmiyyətli eskalasiyadır”.

AFP naməlum mənbəyə istinadla NATO-nun bu məsələyə “baxdığını” yazıb.

Polşa hökumətinin sözçüsü Pyotr Muller Twitter-də yazıb ki, “baş nazir Moravetski təcili qaydada Nazirlər Şurasının Milli Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin iclasını çağırıb”.

Rusiya inkar edir

Rusiya raketlərin Polşa ərazisinə düşdüyünü inkar edib və bildirib ki, bu xəbərlər vəziyyətin eskalasiyası üçün “bilərəkdən törədilən təxribatdır”.

Rusiya Müdafiə Nazirliyi bilirib:

Ukrayna-Polşa sərhədi yaxınlığında hədəflərə zərbələr olmayıb. Polşa kütləvi informasiya vasitələrində Prjevodov kəndində əks etdirilən dağıntıların Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur”.

ABŞ Dövlət Departamentinin sözçü müavini Vedant Patel deyib ki, Polşadan gələn xəbərlər “son dərəcə narahatedicidir” və Vaşinqton baş verənləri araşdırmağa və növbəti addımları müəyyənləşdirməyə çalışır.

Patel əlavə edib ki, Dövlət Departamenti bu xəbərlərlə bağlı partnyorlarla və Polşa hökuməti ilə məsləhətləşmələr aparır.

Noyabrın 15-də Rusiya Ukrayna şəhərlərindəki enerji obyektlərinə 90-dək raket zərbəsi endirib.

Polşanın NATO üzvü olması alyans ölkələri arasında ciddi narahatlığa səbəb olub.

24 saat” “
Rusiya raketlərindən ikisinin NATO üzvü Polşaya düşdüyü xəbər verilir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Dünya əhalisi 8 milyardı keçdi

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button