Xəbərlər

Rusiya sülhməramlıları Qarabağda Azərbaycanın avtomobil karvanına atəş açıldığını təsdiq ediblər

Loading...

Bakı/15.10.21 “Oktyabrın 3-də Sərsəng su anbarı yaxınlığında Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının müşaiyəti ilə Madagiz-Getavan-Vank marşrutu ilə hərəkət edən tikinti texnikası karvanına atəş açılıb.

Hadisə nəticəsində xəsarət alan yoxdur. Rusiya sülhməramlı kontingendinin rəhbərliyi hər iki tərəfin nümayəndələri ilə birlikdə atəşkəs rejiminin pozulması faktını araşdırır”. Bu barədə Qarabağdakı Rusiya sülhməramlı kontingentinin informasiya bülletenində deyilir.

İndiyədək Ermənistan tərəfi bu faktı inkar edir, atəş açılmadığını iddia edirdi. Xatırladaq ki, Azərbaycan hərbi polisinin “Niva” avtomobili atəşə məruz qalıb. Hadisə Qozlu Körpü yaşayış məntəqəsi yaxınlığında baş verib. -02D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button