2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya “Türk axını” layihəsinə start verir

Rusiyanın “Qazprom” şirkəti “Türk axını”nın reallaşdırılması ilə bağlı danışıqlara başlayıb. TASS agentliyinin məlumatına görə, bunu bu gün Rusiyanın energetika naziri Aleksandr Novak bəyan edib.

A.Novak deyib ki, Rusiya və Türkiyə “Türk axını”nın reallaşdırılması ilə əlaqədar İşçi Qrupunun yaradılması barədə razılığa gəlib. Rusiya Türkiyə tərəfinə “Türk axını”nın tikintisi ilə əlaqədar hazırladığı “Yol xəritəsi”ni də təqdim edib.

“Türk axını”nın birinci xəttinin tikintisi 2019-cu ilin ikinci yarısında başa çata bilər. Energetika naziri “Türk axını”nın reallaşdırılması çərçivəsində Rusiyanın Türkiyəyə satacağı qazın qiymətində endirim olması məsələsinin müzakirə olunmadığını, bununla belə Rusiya Energetika Nazirliyinin Türkiyə üçün qazın qiymətində endirim edilməsini müzakirə etməyə hazır olduğunu qeyd edib. A.Novak Avropanın zəmanəti olmadığı halda “Türk axını”nın yalnız birinci xəttinin tikiləcəyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button