2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiya Xəzərdə müharibə aparır

11 aydır davam edən müharibə zamanı Rusiya qoşunları Xəzər dənizi üzərindən Ukraynanın hərbi və mülkü infrastrukturlarına, o cümlədən, paytaxt Kiyev də daxil olmaqla, böyük şəhərlərinə qanadlı raketlərlə zərbələr endirib. Nəticədə çoxsaylı insan tələfatı baş verib, həyati vacib kommunal infrastruktur dağıdılıb, dinc əhali ağır məhrumiyyətlərə düçar edilib.

Sonuncu belə hücum ötən ilin son günü – dekabrın 31-də baş verib. Rusiya ordusu Ukraynadakı hədəflərini raketdaşıyıcı kreyserlərdən atəşə tutub. Daha əvvəl Qara dənizdəki hərbi donanmadan bu məqsədlə istifadə olunurdusa, Ukrayna ordusunun məlum zərbələrindən sonra Rusiya komandanlığı bu fəaliyyətləri Xəzər dənizindəki hərbi gəmilərə həvalə edib.

Bundan əvvəl Rusiya strateji bombardmançıları Xəzər dənizi üzərindən Ukrayna şəhərlərinə hücumlar həyata keçirib. Məsələn, mayın 3-də Tu-95 strateji bombardmançıları Xəzər dənizindən Lvov, Dnepropetrovsk, Kropivnitski, Vinnitsa, Kiyev və Zakarpatye bölgələrinə yüksək dəqiqlikli raketlər atıb.
İyunun 26-da isə Rusiya yenə Xəzər dənizindən Kiyev istiqamətinə altı yüksək dəqiqlikli X-101 raketi buraxıb.
Daha sonra avqust və sentyabr aylarında da Xəzər dənizindən raket atmağa davam edib. Bu hücumlar nəticəsində həm də Xəzərin bioresurslarına ağır zərbələr dəyir. Ekoloqlar ötən ilin dekabrında dənizin Azərbaycan sektorunda minlərlə suitinin ölü tapılmasını Xəzərin hərbi tullantılarla çirklənməsi ilə izah edirlər. Belə ki, dəniz üzərində həm havadan təyyarələrlə, həm də hərbi gəmilərdən atılan qanadlı raketlərin zəhərli tullantıları sulara tökülür, nəticədə dənizin florası məhv olur.

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna Xarici İşlər Nazirliyi ötən il iyunun 30-d Azərbaycan, İran, Qazaxıstan və Türkmənistana müraciət edərək, onları “Rusiyanı beynəlxalq öhdəliklərinə, xüsusən və Xəzər dənizinin qanuni statusu haqda konvensiyaya əməl etməyə məcbur etmək üçün hər cür səy göstərməyə” çağırmişdı. Bölgə ölkələrinin bu çağırışa reaksiyası məlum deyil, Rusiya isə Xəzərdən Ukraynaya qarşı hərbi məqsədlər üçün istifadə etməkdədir. Amma bu, sahilyanı ölkələr arasında imzalanmış hüquqi sənədlərə ziddir.

Xatırladaq ki, 2018-ci il avqustun 12-də Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb.

Milli Məclis sənədi ratifikasiya edib, Prezident İlham Əliyev isə 12 fevral 2019-cu ildə onu təsdiqləyib. Konvensiyanı yalnız İran islam Respublikası ratifikasiya etməyib, sənədin onun milli maraqlarına ziddi olduğunu əsas gətirib.

Rusiyanın Xəzərdən işğalçı məqsədlərlə istifadə etməsi Konvensiyanın bir neçə maddəsini pozur.

Maddə 3

Tərəflərin Xəzər dənizindəki fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçiriləcəkdir:

1) dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə, suveren bərabərliyinə hörmət, zor işlətməmək və zor işlətməklə hədələməmək, qarşılıqlı hörmət, əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq;

2) Xəzər dənizinin sülh məqsədləri üçün istifadə edilməsi, onun sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin dinc vasitələrlə həll edilməsi;

3) Xəzər regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsi;

4) Xəzər dənizində Tərəflərin sabit silahlanma balansının təmin edilməsi, hərbi quruculuğun bütün tərəflərin maraqlarının nəzərə alınması ilə ağlabatan yetərlilik hədlərində həyata keçirilməsi, bir-birinin təhlükəsizliyinə xələl yetirilməməsi;

5) hərbi fəaliyyət sahəsində razılaşdırılmış etimad tədbirlərinə regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üzrə ümumi səylərə, o cümlədən bütün Tərəflər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq öngörənlik və şəffaflıq ruhunda riayət edilməsi…

Konvensiyanın 11-ci maddəsində 6-cı bəndində isə tərəflərin aşağıdakı hüquqi öhdəlikləri var:

  1. Əgər keçid zamanı aşağıdakı fəaliyyətlərdən biri həyata keçirilirsə, ərazi sularından keçid sülhü, sahilyanı dövlətin qayda-qanunu və ya təhlükəsizliyini pozmuş hesab olunur:
  2. a) sahilyanı dövlətin suverenliyi, ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə zor işlətməklə hədələmə, yaxud zor tətbiqetmə və ya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində əks olunmuş beynəlxalq hüququn prinsiplərini pozan hər hansı digər hərəkət;
  3. b) hər hansı silah növü ilə manevr və ya təlimlərin keçirilməsi;
  4. c) sahilyanı dövlətin müdafiə və ya təhlükəsizliyinə ziyan vurmaq məqsədilə məlumatın toplanılmasına yönəlmiş hər hansı hərəkət;
  5. d) sahilyanı dövlətin müdafiə və təhlükəsizliyinə qəsd etmək məqsədilə həyata keçirilən hər hansı təbliğat hərəkəti;
  6. e) hər hansı uçuş aparatının və ya hərbi cihazın havaya qaldırılması, endirilməsi və ya göyərtəyə qəbul edilməsi və onun idarə edilməsi;
  7. f) hər hansı hərbi cihazın suya, suyun altına endirilməsi və ya göyərtəyə qəbul edilməsi və onun idarə edilməsi.

Konvensiyanın 15-ci maddəsi Xəzər dənizinin ekoloji sisteminin və biomüxtəlifliyinin qorunmasını ehtiva edir;

  1. Tərəflər Xəzər dənizinin ekoloji sistemini və onun bütün komponentlərini mühafizə etmək və qorumaq öhdəliklərini götürür.
  2. Tərəflər müstəqil və ya birgə şəkildə bioloji müxtəlifliyin qorunması, Xəzər dənizinin bioloji resurslarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadəsi, Xəzər dənizinin istənilən mənbədən çirkləndirilməsinin qarşısının alınması, azaldılması və nəzarətin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər görür və əməkdaşlıq edir.
  3. Xəzər dənizinin bioloji müxtəlifliyinə ziyan vuran fəaliyyət qadağan edilir.
  4. Tərəflər beynəlxalq hüququn normalarına əsasən Xəzər dənizinin ekoloji sisteminə vurulan zərərə görə məsuliyyət daşıyır.

Beləliklə, Rusiya tərəfindən  “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya birtərəfli qaydada pozulub. Azərbaycan və digər sahilyanı ölkələr (İran istisna olmaqla) bu məsələni Rusiya və beynəlxalq təşkilatlar qarşısında qaldırmalıdırlar. Əgər Moskva Xəzərdən Ukraynaya qarşı işğalçı məqsədlər üçün istifadəni davam etdirərsə, sənədin qüvvədən düşməsi, yaxud tərəfdaş ölkələrə qoyulan qadağaların birtərəfli qaydada ləğv edilməsi gündəmə gələ bilər. Məsələn, Konvensiyada razılaşdırılıb ki, heç bir ölkə kənar dövlətlərin Xəzərdə hərbi iştirakına imkan verməməli, onlara məxsus hərbi infrastrukturdan istifadə etməməlidir. Bu, Azərbaycanın dəniz sərhədlərinin effektiv qorunması imkanlarını məhdudlaşdırır. Daha əvvəl rəsmi Bakı ABŞ, Türkiyə və İsraillə bu istiqamətdə fəal əməkdaşlıq edib və Rusiyanın təzyiqlərindən sonra onu minimuma endirməyə məcbur olub. Hazırda Moskvanın açıq-aşkar Xəzəryanı ölkələrin mövqeyini nəzərdə almadan dənizdən hərbi məqsədləri üçün istifadə etməsi Azərbaycana yaşıl işıq yandırır…

Turqut

 

The post Rusiya Xəzərdə müharibə aparır appeared first on 24 saat.

24 saat” “Rusiya Xəzərdə müharibə aparır” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button