2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanla sərhəddə rusiyalı sərhədçilərin yerləşdirilməsilə bağlı Paşinyanın təklifinə cavab verib

Bakı/05.08.21 Ermənistan-Azərbaycan sərhəddi boyunca rusiyalı sərhədçilərin yerləşdirilməsi üçün beynəlxalq hüquqi əsaslar lazımdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin müavini Aleksandr Bikantov Ermənistanın baş naziri Nikol Paşinyanın təklifini şərh edərkən bildirib.

Rusiya son vaxtlar Ermənistan-Azərbaycan sərhəddinin ayrı-ayrı sahələrində baş verən silahlı insidentlərdən ciddi narahatdır. “Onların hər iki tərəfdən qurbanlarla müşayiət olunması xüsusi narahatlıq doğurur. Təəssüf ki, atılan bütün addımlara baxmayaraq, sərhəddə gərginlik hələ ki səngimir.

Bununla əlaqədar biz bütün tərəfləri vəziyyətin daha da deqradasiyaya uğraması ilə nəticələnəcək hərəkətlərdən çəkinməyə çağırırıq. Yaranmış bütün məsələləri ancaq dinc diplomatik yolla həll etmək lazımdır. Rusiya bundan sonra da gərginliyin azaldılması, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə tədbirlər vasitəsilə Ermənistan-Azərbaycan sərhəddində vəziyyətin normallaşdırılması prosesinə  öz töhfəsini verməyə hazırdır. Bu səylər regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə, eləcə də icmalararası dialoqun stimullaşdırılması ilə birlikdə Zaqafqaziyanın Rusiya, Ermənistan və Azərbaycan liderlərinin bəyanatına uyğun olaraq sabitlik, təhlükəsizlik və çiçəklənmə zonasına çevrilməsinə xidmət edəcək”, – o qeyd edib.-02D-

Saytların yığılması Saytlarin yigilmasi

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button