Bizim tərcüməDünya

Rusiyada 6,9 bal gücündə zəlzələ! Böyük panika… Özlərini küçəyə atdılar

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Rusiyanın Sakit okean sahillərindəki Kamçatka bölgəsində 6,9 bal gücündə zəlzələ baş verib. Rusiya Elmlər Akademiyasının Geofizika Departamentindən verilən açıqlamada saat 06.06-da qeydə alınan zəlzələnin dərinliyinin 99,5 bal olduğu bildirilib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) zəlzələnin maqnitudasının 6,6 olduğunu açıqlayıb.

Güclü silkələnmədən sonra Kamçatka yarımadasında böyük çaxnaşma yaşanıb. Yerli sakinlər zəlzələ ilə özlərini küçələrə atıblar. Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupları tərəfindən aparılan ilk müayinələrdə heç bir binanın dağılmadığı, lakin bir çox binada dərin çatların əmələ gəldiyi müəyyən edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Hökumətin göstərişi ilə Kamçatkada böhran masası qurularkən bölgəyə humanitar yardım və müvəqqəti sığınacaq materialları göndərilib. Şiddətli zəlzələdən sonra 4,6, 4,0, 3,7, 3,6 və 4,1 bal gücündə afterşoklar da qeydə alınıb. (İHA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button