2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rusiyada həbsdə ölən müxalifət lideri Navalnı bu gün dəfn olunur

Onunla vidalaşmaq üçün dəfn mərasiminə yüzlərlə şəxsin gəldiyi bildirilir.

Putinin sərt tənqidçisi kimi tanınan Aleksey Navalnının komandası dəfn mərasimini təşkil etməkdə maneələrlə qarşılaşdıqlarını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Rəsmilər Navalnının çəza çəkdiyi həbsxanada “huşunu itirərək” vəfat etdiyini bildirib. Yaxınları isə bu açıqlamanı şübhə altına alıblar.

Aleksey Navalnının meyiti iki həftə ailəsinə verilməyib. Rəsmilər bunu istintaqın gedişi ilə izah ediblər, Navalnın yaxınları isə hesab ediblər ki, hakimiyyət “zəhərlənmənin izini silmək” istəyir.

Fevralın 20-də ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirləri Mark Libby və Fergus Auld həbsxanada vəfat etdiyi bildirilən, Rusiya müxalifətinin lideri Alexey Navalnının xatirəsini Bakıda Hüseyn Cavidin heykəli önündə yad ediblər.

Bir neçə gün öncə Navalninin fotosu və gül dəstəsi Azərbaycanın tanınmış şairi, Stalin repressiyasının qurbanı Hüseyn Cavidin heykəli önünə qoyulmuşdu.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld X fevralın 20-də hesabında yazmışdı ki, o, amerikalı həmkarı ilə Hüseyn Cavidin abidəsi önünə gedərək “Rusiya demokratiyasının daha yaxşı gələcəyini müdafiə etmək üçün həyatı boyu inanılmaz cəsarət göstərmiş Aleksey Navalnının” xatirəsini yad edib.

Avropa İttifaqı da fevralın 20-də bəyanat yayaraq Aleksey Navalnının ölümündən “qəzəbləndiyini”, bunun məsuliyyətinin “Prezident Putin və Rusiya hakimiyyətinin üzərinə düşdüyünü” bəyan edib.

Qurum bildirib ki, Rusiya onun qəfil ölümünün şərtləri ilə bağlı beynəlxalq səviyyədə müstəqil və şəffaf araşdırmanın aparılmasına icazə verməlidir.

Aİ Rusiyanın siyasi rəhbərliyini və hakimiyyətini cavabdehliyə cəlb etmək üçün hər cür səy göstərəcəyini, o cümlədən sanksiyalar vasitəsilə əməllərinə görə onları hesab ödəməyə məcbur edəcəyini vurğulayıb.

Rusiya həbsxanasında vəfat etmiş müxalifət lideri Aleksey Navalnının ailəsinə bildirilib ki, onun cəsədi “kimyəvi yoxlama” aparmaq məqsədi ilə iki həftə saxlanılacaq.

Rusiya rəsmi dairələri ölümündən bir neçə gün keçsə də Navalnının cəsədinin harada saxlandığına dair hər hansı məlumat yaymadı. Meyitin yerini müəyyənləşdirməklə bağlı bütün cəhdlərin qarşısının alındığı bildirilirdi.

Yerli rəsmilər Navalnının nəşinin ailəsinə verilməməsini onun ölüm səbəblərinin araşdırılması və aparılan istintaqla izah edirlər, Navalnının yaxınları bildirmişdi.

Fevralın 18-də Kreml bəyan edib ki, Navalnının ölümü ilə bağlı araşdırmalar davam edir və hələlik “heç bir nəticə yoxdur”.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button