Bizim tərcümə

Rusiyada qocalar evində yanğın: 22 nəfər ölüb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-24 22:28:47

Rusiyanın Kemerovo şəhərində qocalar evində gecə saatlarında yanğın baş verib. Bölgəyə Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasetmə qrupları göndərilib.

Qısa müddətdə alov böyüdüyündən 80-dən çox canlı qüvvə və 28 texnika alovu söndürə bilib. Nazirlikdən verilən məlumata görə, qocalar evində olan 22 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb. Xəsarət alan iki nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılara xəstəxanalarda tibbi yardım göstərilib.

Saytların yığılması Saytlarin yigilmasi

QANUNSUZ İSTİFADƏ EDİLİB

Kemerovo Rayon Prokurorluğu yanğınla bağlı araşdırma apararkən, iki mərtəbəli binanın birinci mərtəbəsində mağazalar olduğu, 180 kvadratmetr sahəsi olan yuxarı mərtəbədə yaşlıların yaşadığı bildirilib. .

Qocalar evinin qeyri-qanuni fəaliyyət göstərdiyi və daha əvvəl yanğınsöndürənlərin binaya baxış keçirmək üçün getdiyi, lakin şəxsi mülk olduğu əsas gətirilərək heç kimin yoxlama üçün binaya daxil ola bilmədiyi öyrənilib. İlkin araşdırmalara görə, yanğının soba səbəbindən başlaya biləcəyi vurğulanır.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button