2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyalı diplomatlar casusluq iddialarına görə qovulub


 

Kolumbiyada Rusiyanın iki diplomatının akkreditasiyası ləğv olunub və ölkədən çıxarılıblar. Yerli media bunun casusluqla bağlı olduğunu bildirir.

Kolumbiyanın Xarici İşlər Nazirliyinin dekabrın 22-də bildirməsinə görə, Rusiyanın Boqotadakı səfirliyinin iki diplomatının fəaliyyəti Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasına “uyğun olmayıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Kolumbiya rəsmiləri əlavə informasiya verməyiblər, ancaq onu bildiriblər ki, bunun cavabında Rusiya iki Kolumbiya diplomatını ölkədən çıxarıb.

Yerli medianın anonim təhlükəsizlik mənbələrinə istinadla yazmasına görə, rusiyalı diplomatlar milli ehtiyatların istismarıyla bağlı iqtisadi informasiya, eləcə də hərbi kəşfiyyat məlumatı toplayıblar.

Prezident İvan Duke də addımla bağlı Vyana Konvensiyasına istinad edib. O, NTN24 televiziyasına müsahibəsində əlavə informasiya verməyib, bunun Rusiyayla ikitərəfli münasibətlərin yaxşı səviyyədə qalması prinsipinə zidd olacağını deyib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button