2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiyalı ekspertə Azərbaycanda qiyabi cinayət işi başlanıb

Yayımlandı: 19 Dekabr 2022 17:05

Mixail Aleksandrov axtarışa verilib

Moskva Dövlət Beynəlxalq Münasibətlər institunun hərbi-siyasi tədqiqatlar mərkəzinin aparıcı eksperti, hüquq elmləri doktoru Mixail Aleksandrov haqqında Azərbaycanda cinayət işi başlanıb. Onun barəsində qiyabi həbs qərarı çıxarılıb, İnterpol xəttilə beynəlxalq axtarışa verilib. Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda bildirilir ki, səbəb Mixail Aleksandrovun dekabrın 13-də yaydığı audiomüraciətdir. O, həmin audiomüraciətdə deyib ki, Azərbaycanın bütün neft sənayesi, enerji sistemi, raketlərlə bombalanmalı, tamamilə məhv edilməlidir.

Baş Prokurorluq bunu açıq çağırış kimi dəyərləndirib. Baş prokuror Kamran Əliyevin qərarı ilə onun barəsində Cinayət Məcəlləsinin 101.2 (kütləvi informasiya vasitələri ilə təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (odlu silahdan istifadə etməklə  terrorçuluğun törədiləcəyi ilə hədələmə) və 283.2.1, 283.2.2-ci (qulluq mövqeyindən yararlanaraq zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınması) maddələrilə cinayət işi başlayıb. Mixail Aleksandrov təqsirləndirilən şəxs qismində tanınıb.

Bu cinayət işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Onun haqqında qiyabi həbs qətimkan tədbiri seçilərək, İnterpol vasitəsilə beynəlxalq axtarış elan edilməklə yanaşı, həm də bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına müraciət olunub ki, Mixail Aleksandrov o ölkələrin ərazisinə daxil olsa, dərhal saxlayıb, Azərbaycana təhvil verilsin.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button