Bizim tərcümə

Rusiyanın ən böyük qorxusu gerçəkləşdi… əvvəl Almaniya, indi ABŞ!

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-01-25 12:16:51

class=”medianet-inline-adv”>

Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir.

Saytların yığılması Saytlarin yigilmasi

Artıq 11-ci aydır ki, səngimədən davam edən müharibənin yeni episentri əsas Donbass bölgəsidir.

Putinin “Soledar yıxıldı” açıqlamasından sonra gözlər Almaniyaya çevrildi.

Dünyanın həftələrlə təzyiqi altında Almaniya geri çəkildi və Leopard tanklarına yaşıl işıq yandırdı.

Almaniyanın Polşanın Ukraynaya Leopard 2 tankı verməyə mane olmayacağını bildirməsindən sonra daha bir alovlanma yaşandı.

ABŞ və Almaniyanın aylarla davam edən müzakirələrdən sonra Ukraynaya tank göndərməyi planlaşdırdığı bildirilir.

ABRAMSLAR Ukraynaya GÖNDƏRİLƏCƏK

ABŞ-ın Ukraynaya onlarla M1 Abrams tankı göndərəcəyini açıq şəkildə elan edəcəyi gözlənilir.

ABŞ və Almaniya tanklarının Ukraynaya göndərilməsi “Rusiyanın ən böyük qorxusu” kimi qiymətləndirilir. Çünki işğal etdiyi torpaqlarına hücuma keçməyi hədəfləyən Ukraynanın bu silahlarla meydanda ciddi üstünlük əldə edəcəyi gözlənilir.

NYT YAZDI: AZI 30 TANK VERİLƏCƏK

“New York Times” (NYT) qəzetinə danışan adı açıqlanmayan bir məmur Ukraynaya göndəriləcək tankların sayının 30-dan 50-yə qədər ola biləcəyini bildirib.

class=”medianet-inline-adv”>

ABŞ-ın M1 Abrams tanklarını Ukraynaya nə vaxt göndərəcəyi bəlli deyil.

Bildirilib ki, Almaniya kansleri Olaf Şolz da Ukraynaya ən azı 14 Leopard 2 tankının göndərilməsinə razılıq verib.

Almaniyanın “Der Spiegel” jurnalı Almaniyanın Ukraynaya tank yardımı etməyə razılıq verdiyi xəbərini hökumət mənbələrinə əsaslandırıb.

Lakin ABŞ kimi Almaniya da bu məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib.

RUSİYADAN ALMANİYAYA TƏHLÜKƏ KİMİ XƏBƏRDARLIQ

Dünən Rusiya Berlinə xəbərdarlıq edib ki, Ukraynaya alman tanklarının göndərilməsi “yaxşı bir şey olmayacaq”.

Axar.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, bu tədarüklər Berlin və Moskva arasında gələcək münasibətlərə yaxşı heç nə gətirməyəcək.

Peskov, alman tanklarının Ukraynaya göndərilməsinin iki ölkə arasındakı münasibətlərdə qalıcı iz qoyacağını vurğulayıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button