2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Xəbər verildiyi kimi, Moskvadakı “Crocus City Hall” konqres zalında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) VII illik forumu işə başlayıb.

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilmiş forumda 500-dən çox nümayəndə, fəxri qonaqlar, Azərbaycanın və Rusiyanın rəsmi şəxsləri iştirak ediblər. “RAGB nəsli: vətənpərvərlik, yaradıcılıq, uğur” mövzusunda keçirilən forumda qonaqlar ilk öncə “Müstəqil Azərbaycan – 25 il” mövzusunda sərgi ilə tanış olublar.

Forumda “Multikulturalizm millətlərarası və dövlətlərarası münasibətlərin əsası kimi”, 2017-ci il Rusiyada ekologiya ili – Azərbaycan gəncliyinin töhfəsi”, “RAGB-nin diasporun möhkəmlənməsində rolu” və “Gənclər biznesdə: startapların yaranması və inkişafı” mövzularında plenar iclaslar keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org saytını elektron ünvanına tədbirdən sonra iştirakçı gənclərin “Xəzər TV”-nin mikrofonunu əllərində tutaraq Azərbaycanı bölgələrə bölüb lağ etdiyinə dair görüntülər daxil olub. Həmin görüntüləri olduğu kimi təqdim edirik:

https://youtu.be/huzMtEgJ_sg

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button