2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rusiyanın Belqorod şəhərində silsilə partlayışların olduğu bildirilir

İyulun 3-nə keçən gecə Rusiyanın Ukrayna sərhəddinə yaxın Belqorod şəhərində baş verən silsilə partlayışlar nəticəsində 3 nəfərin öldüyü, daha 4 nəfər yaralandığı xəbər verilir.

Saytların yığılması Saytlarin yigilmasi

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, “gecə şəhərdə bir sıra yüksək səslər eşidilib”. “Hadisənin səbəbləri araşdırılır, ehtimal ki, hava hücumundan müdafiə sistemi işləyib”, – o, teleqram kanalında yazıb.

İlkin məlumata görə, partlayış nəticəsində 11 yaşayış binası və ən azı 39 fərdi yaşayış binası zədələnib, onlardan beşi tamamilə dağılıb. Məlumatyda o da qeyd edilir ki, ağır vəziyyətdə olan 10 yaşlı uşaq və kişi xəstəxanaya çatdırılıb.

Ukraynaya qarşı genişmiqyaslı işğalı başlayandan sonra Rusiya Ukrayna ilə həmsərhəd ərazilərdə terror təhlükəsinin “sarı” səviyyəsi tətbiq edib.

Rusiya tərəfi bu və digər ərazilərinin Ukrayna tərəfdən atəşə tutulduğunu iddia edir. Ukrayna tərəfi isə bu məlumatları şərh etmir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button