Bizim tərcümə

Rusiyanın Ukrayna ilə sərhədində yerləşən Belqorod şəhərinə raket düşüb: 1 ölü, 8 yaralı

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-18 18:43:00

Rusiyanın Ukrayna ilə sərhədində yerləşən Belqorod şəhərinə raket düşüb. Raketin binaya düşməsi nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Binanın içərisində və ətrafında olan avtomobillərə böyük ziyan dəyərkən, axtarış-xilasetmə qrupları ərazini boşaltdı. Belqorod qubernatoru Vyaçeslav Qladkov verdiyi açıqlamada, “Bizim hava hücumundan müdafiə sistemlərimiz Belqorod bölgəsində aktiv şəkildə işləyir. Təcili yardım həkimləri yaralıları xəstəxanaya çatdırır. Ətraflı məlumat daha sonra veriləcək. Təəssüf ki, 1 nəfər dünyasını dəyişib. Bundan başqa, quşçuluq təsərrüfatına da ziyan dəyib”, – deyə o bildirib.

Hadisədən sonra Rusiyanın Belqorod, Bryansk və Kursk vilayətlərində və Krımda sarı həyəcan vəziyyətinin yaradıldığı bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button