SEÇMƏ
Rusiyanın Xəzər regionundan atdığı raketlər Ukrayna tərəfindən vuruldu
![Rusiyanın Xəzər regionundan atdığı raketlər Ukrayna tərəfindən vuruldu](https://www.az24saat.org/wp-content/uploads/2022/05/Rusiyanin-Xəzər-regionundan-atdigi-raketlər-Ukrayna-tərəfindən-vuruldu-scaled-780x470.jpg)
Ukrayna qırıcıları son sutka ərzində Rusiyanın 14 hava hədəfini vurub.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri Komandanlığı “Telegram”da məlumat yayıb.
“73 günlük qəhrəmancasına qarşıdurma. Rusiya Xəzər regionundan “Tu-95MS” və ya “Tu-160” strateji bombardmançı təyyarələrinin 10-a yaxın qanadlı raketləri ilə Ukrayna ərazisinə raket hücumu həyata keçirib. Hədəflər hava hücumundan müdafiə qüvvələri tərfindən məhv edilib”, – deyə məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri bir Mi-28N helikopteri, yeddi “Orlan-10” PUA, iki “Forpost” PUA, iki qanadlı raketi vurub.
Məlumatda qeyd olunur ki, bir gündə 14 hava hədəfi vurulub.