Bizim tərcümə

Rusiyaya ağır zərbə… Ukrayna bu görüntülərlə anons verdi

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-03-21 09:19:31

class=”medianet-inline-adv”>

Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir…

Saytların yığılması Saytlarin yigilmasi

Ötən ilin fevralında Rusiya prezidenti Putinin verdiyi sərəncamla başlayan qanlı müharibə hələ də ölümlə davam edir.

Baxmut Rusiyanın Soledarı vurması ilə yeni mərhələyə qədəm qoyan müharibənin son ünvanıdır.

Ukraynanın şərqindəki “son qalası” olan Baxmutu ələ keçirmək üçün hücumlarını davam etdirən Rusiya Krımda ağır zərbə endirdi.

Əl-Cəzirə telekanalında yer alan xəbərə görə, Ukrayna, Rusiyanın Krımda Qara dəniz donanmasına dəmir yolu ilə daşınarkən çoxlu sayda rus qanadlı raketinin məhv edildiyini bildirib.

Açıqlamada hücumun necə həyata keçirildiyi barədə təfərrüatlar verilməyib.

Rusiyanın Ukraynaya hücumlarında tez-tez “Kalibr” qanadlı raketlərindən istifadə edilir.

class=”medianet-inline-adv”>

2022-ci ilin iyulunda Ukraynanın Vinnitsa şəhərində sualtı qayıqdan buraxılan “Kalibr” qanadlı raketi nəticəsində üçü uşaq olmaqla 23 mülki şəxs həlak olub.

Digər tərəfdən, Rusiya raketin Ukrayna Hərbi Hava Qüvvələri komandirləri ilə Qərb silah tədarükçülərinin nümayəndələrinin görüşünü hədəf aldığını iddia edib.

Sözügedən raketlərin Ukrayna şəhərlərini hədəf alacağını qeyd edən sosial media istifadəçiləri “ova ​​çıxıblar” şərhini yazıblar.

RUSİYADAN İLK İZAH

Mövzu ilə bağlı Rusiyadan ilk açıqlama Krım qubernatorundan gəlib.

Krımın Rusiya tərəfindən təyin edilmiş qubernatoru Sergey Aksenov sosial media hesabından verdiyi açıqlamada Ukraynanın qanadlı raketlərinin məhv edildiyini bildirib.

Aksenov əlavə edib ki, hücumdan sonra Cankoyun ətrafında zenit silahlarından atəş açılıb.

Qubernator bildirib ki, vurulan raketlərin qalıqları nəticəsində bir nəfər yaralanıb, bir mağaza, eləcə də bir evə ziyan dəyib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button