2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ruslar ölkəni tərk edir

2016-cı ildə Rusiya vətəndaşlarının ABŞ və Qərbi Avropa ölkələrindən sığınacaq istəməsi son 20 ildə rekord səviyyəyə çatıb.

Moderator.az “Radio Svoboda”ya istinadən xəbər verir ki, V.Putinin üçüncü dəfə prezident seçilməsindən sonra 4-cü ildir ki, ölkəni tərk edənlərin sayının  artan xətt üzrə davam etməsi müşahidə olunur. 2016-cı ilin 30 sentyabrına kimi ABŞ- dan sığınacaq istəyənlərin sayı 1912 nəfərə çatıb ki, bu da 2015=ci ildən 31%, 2012-ci ildən 164%  faiz çoxdur.
Buna baxmayaraq rusların Avropaya üz tutması daha populyardır, nəinki Amerikaya. 2014-cü ildə Avropa ölkələrində 18.000 Rusiya vətəndaşı sığınacaq alsa da , 2016-cı ilin ilk 6 ayı ərzində 11, 5 min adam sığınacaq üçün müraciət edib və ilin sonuna rekord həddə çatacağı şübhə doğurmur.
Miqrasiyanın əsas səbəbi Rusiyada işsizlik, təqib və korrupsiya hesab olunur.
Təəssüf ki,  son bir ildə müxtəlif yollarla  ölkəni tərk edib üzünü Qərbə, Amerikaya ,Kanadaya tutan Azərbaycan vətəndaşlarının sayı da əvvəlki illərdən xeyli  çoxdur.  İqtisadi böhranın yaratdığı işsizlik, məmur özbaşınalığı, müxtəlif səbəblərdən yaranan təqiblər  soydaşlarımızı o həddə çatdırıb ki, hətta Rusiyaya belə getməkdən çəkinmirlər. Statistik məlumatları , rəqəmləri əldə etmək mümkün olmasa da, reallığı görməmək, eşitməmək də mümkünsüzdür.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button