Manşet

Səbail rayon İcra Hakimiyəti başçısının birinci müavini vəzifəli şəxsləri cinayətə sövq etdiyi üçün vəzifəsindən azad edilib

Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova vəzifəsindən azad edilib. Məlumatı rayon icra hakimiyyətindən təsdiq ediblər.

Xalidə Bayramovanın adı ilk dəfə 2019-cu ilin aprelində intihar edən şagird “Elina Hacıyevanın işi”ndə hallanıb. İddia olunub ki, Bayramova şagirdin vaxtında tibb müəssisəsinə çatdırılmasına mane olub.

Bu il mayın 4-də isə Azərbaycan Baş Prokurorluğu bildirib ki, Bayramova vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib. Qeyd edilənlərlə bağlı Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü Səbail rayon İcra Hakimiyyətinə müvafiq təqdimat verilib.

“24 saat”

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button